Son günlərdə adı “Neftçi” ilə hallanan futbolçu Cenk Tosunun “Fənərbağça”dakı taleyinə aydınlıq gəlib. Sport1.az yerli mətbuata istinadən xəbər verir ki, 34 yaşlı hücumçu qış fasiləsində komandasını dəyişəcək.
Baş məşqçi Domeniko Tedesko tərəfindən heyətdən kənarlaşdırılan türkiyəli futbolçu artıq komandada istənilmir.
34 yaşlı oyunçu artıq öz menecerinə yeni klub axtarışında olduğunu bildirib.
Cenk özünə yeni klub tapacağı təqdirdə “Fənərbağça” rəhbərliyi qış fasiləsində onun getməsinə etiraz etməyəcək.
Lakin ortada belə problem yaranır: Futbolçunun maaşı. Belə ki, hücumçunun illik məvacibi 1 milyon avrodan yüksəkdir. Cenk sabiq komanda yoldaşı Vensan Abubakar vasitəsilə “Neftçi”yə keçmək variantını ortaya atsa da, Bakı klubuna gəlmək üçün maaşının ciddi şəkildə azalmasına razı olmalıdır.
Qeyd edək ki, Cenk Tosun 2016-17 mövsümündə, 20/21-in ikinci yarısında və 2023-24 mövsümündə Abubakarla “Beşiktaş”da komanda yoldaşı olub.