son dəqiqə SON DƏQİQƏ
Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək ● İdmançımız Batumidə 11-ci oldu ● Premyer Liqa klubunun futbolçusu əməliyyat olunub ● Sübhan Məmmədov Avropa çempionu olub ● “Kəpəz” millimizi məğlub edib ● Taekvondo üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub ● “Aznur” Çempionlar Liqasında mübarizəni dayandırıb ● Millimizin heyəti açıqlanıb ● AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib ● Türkdilli ölkələr şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək ● II Liqada 5-ci turun hakim təyinatları ● "Landau Lions"da yeni təyinat ● Millimiz Litvaya yollandı ● Çimərlik güləşində həlledici sınaq ● "Sumqayıt"dan növbəti transfer ● "Araz-Naxçıvan"ın yoxlama matçlarının tarixi müəyyənləşib ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● "Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" ● Premyer Liqa klublarının yay transferləri ● PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib ● Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər ● Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır ● Azərbaycan millisi Avropa Çempionatında rekord vurub ● U-16 millimizin heyəti açıqlandı ● ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu ● "Qəbələ" yoxlama matçlarına çıxacaq ● "Sabah"dan növbəti təqdirəlayiq addım ● "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" ●

AFFA - "Sabah" qarşıdurmasının pərdəarxası

Bölmə adı Yazı / Manşet
Yayımlandı 7-05-2025, 16:37

Dünən saytımızda "Adi turnirdə çempionluğu milli komandadan üstün tutan "Sabah" - ARAŞDIRMA" başlıqlı məqalə dərc olunmuşdu.

Yazıda Bakı təmsilçisinin futbolçularını U-16 millisinə buraxmadığını qeyd etmişdik. Məsələ ilə bağlı redaksiyamıza yeni informasiyalar daxil olub.

Həmin məlumatları diqqətinizə çatdıracağıq. Lakin, əvvəlcə məsələ ilə bağlı "Sabah"a və AFFA-ya ünvanladığımız rəsmi müraciətlərə verilən cavabları təqdim edək.

Masazır təmsilçisinə ünvanladığımız suallar belə idi:

"Nə üçün millinin heyətində "Sabah"dan futbolçu yoxdur? "Sabah" üzvlərini nə üçün yığmanın düşərgəsinə buraxmayıb? Komandaların çempion olması Azərbaycan futbolunun gələcəyindən önəmlidir?"

Klubun rəsmi mövqeyi belə oldu:

"U-16 milli komandasına futbolçuların cəlb olunması ilə bağlı "Sabah" Futbol Klubuna heç bir rəsmi müraciət daxil olmayıb.

"Sabah" Futbol Akademiyası fəaliyyət göstərdiyi müddət ərzində bütün yaş qrupları üzrə müxtəlif milli komandalara çoxsaylı futbolçular göndərib və bu proses hər zaman əməkdaşlıq və qarşılıqlı anlaşma şəraitində həyata keçirilib.

Uşaq futbolunun inkişafı və gənc futbolçuların yetişdirilməsi "Sabah" Futbol Klubunun əsas strateji hədəflərindəndir. Bu istiqamətdə görülən işlər davamlıdır və milli komandalara futbolçu vermək bizim üçün hər zaman qürur mənbəyi olub.

Eyni zamanda, "Sabah" Futbol Klubu olaraq Azərbaycan çempionatına və burada keçirilən bütün yarışlara yüksək dərəcədə hörmətlə yanaşırıq. Daxili yarışların keyfiyyətinin və rəqabətliliyinin artırılması ölkə futbolunun inkişafı üçün əsas şərtlərdən biridir və klubumuz bu baxışa sadiqdir".


AFFA-ya ünvanladığımız sual qısa və net oldu: "Nə üçün U-16 yığmasına "Sabah"dan futbolçu dəvət olunmayıb?"

Qurumun rəsmi mövqeyi belə oldu:

"U-16 milli komandasına "Sabah" klubundan futbolçuların çağrılmaması ilə bağlı deyə bilərik ki, millinin baş məşqçisi Aqil Nəbiyev bu dəfə seleksiya xarakterli toplanış keçirir. Və daha çox vaxtilə milliyə az çağrılan futbolçuları, tanınmayanları dəvət edib. "Sabah"ın oyunçuları 17 yaşadək milli komandamıza dəvət olunublar və Aqil Nəbiyev onların potensialına yaxşı bələddir. Ona görə də bu dəfəki toplanışda həmin oyunçulara dəvət göndərməyib".

Tərəflərin açıqlamalarından belə başa düşdük ki, baş məşqçi Aqil Nəbiyev yığmaya "Sabah"dan futbolçu dəvət etməyib. Bəs, əslində nə baş verib? Aqil Nəbiyev "Sabah" Akademiyasının rəsmiləri ilə söhbətdə U-15 komandasından bir neçə futbolçunun milliyə çağıracağını bildirib. Qarşı tərəfdən məşqçiyə vacib oyunları olduqları üçün yığmaya oyunçu göndərilməyəcəyi deyilib. Aqil bəy də bu səbəbdən "Sabah" U-15 komandasından milliyə heç kimi çağırmayıb.

Məsələni gündəmə gətirdiyimiz üçün "Sabah"la AFFA arasında problem yaşanıb. Masazır təmsilçisi də federasiyadan dəvət göndərilməməsini media vasitəsi ilə ictimaiyyətə çatdırır. Əsl həqiqəti isə Sport1.az olaraq diqqətinizə çatdırdıq. Yazdığımız məlumatın doğru olduğunu həm "Sabah", həm AFFA rəhbərliyi, həm də millinin çalışdırıcısı çox gözəl bilirlər...

Bu məsələ AFFA-da çalışan şəxslərin, məşqçilərin işlərinə necə qeyri-peşəkar yanaşdıqlarını açıq-aşkar isbat edir. Federasiya əsas millinin nəticələrinin pis olmasının səbəbi olaraq uşaq futbolundakı problemləri göstərir. İşıqlandırdığımız bu məsələ sübut etdi ki, futbolun inkişafı nə AFFA-ya, nə də klublara maraqlıdır. Onlar üçün əsas hədəf özlərinin məqsədləri və mənafeyləridir.

İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR