son dəqiqə SON DƏQİQƏ
Millimiz dünya ikincisi oldu Vernidub: “Nəyə qadir olduğumuzu göstərmək istəyirik” Henrik Oyamaa: “Çox maraqlı və həyəcanlı oyun olacaq” Dünya Çempionatında daha 3 medal Qurban Qurbanov: “Yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq” Aaron Maluda: “Bazel”in ambisiyaları mənim məqsədlərimlə üst-üstə düşür” ÇSKA-nın baş məşqçisi: “Güclü tərəflərimizi nümayiş etdirməliyik” Tahir Gözel Bolqarıstana yollanıb I Liqada çıxış edəcək UEFA-dan FİFA-nın Dünya Kuboku planına sərt reaksiya “Sabah”dan “Bazel”ə İcra başçısı "Kəpəz"in İdarə Heyətinin sədri ilə görüşdü Daha 5 il “İnter”də DÇ-nin qəhrəmanı yeni klubunu tapdı “Payde”nin baş məşqçisi: “Nə etmək lazım olduğunu bilirik” Cüdo üzrə Liqa yarışının III turu start götürüb "Tarixin yazıldığı sehrli bir gecə" İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi Millimizin üzvü Macarıstanda legioner həyatı yaşayacaq "Qarabağ"ın sabiq qapıçısı Super Liqa klubu ilə müqavilə imzaladı Federasiya tərəfindən Gədəbəydə taekvondo tədbiri keçiriləcək "Qarabağ" Bolqarıstana yollandı Premyer Liqa klublarının yay transferləri "Şəfa" müdafiəçisi ilə vidalaşdı "Zirə"nin müdafiəçisi: "Biz də bütün hazırlıqlarımızı bu yöndə aparmışıq" "Avrokuboka görə daxili çempionatı qurban vermək istəmirik" "Neftçi" Bolqarıstanda "Xankəndi"də yeni təyinat

Sadə problemlərin qarşısında əlacsız qalanlar - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 20-06-2025, 12:23

Futbolumuzun əsas bəlalarından biri də iş adamlarının klublarımıza maraq göstərməməsidir.

Çünki hazırda Azərbaycanda klub almaq pulunu çölə atmaqdan başqa bir şey deyil.

Bir çoxları iddia edir ki, iş adamlarımız idmanın bu növünə maliyyə ayırmaq istəmir. Bu, həqiqətən belədir? Xeyr!

Məsələn, Rusiyanın "Ximki" klubunun sahibi azərbaycanlı Tufan Sadıqovdur. Bir qədər axtarış edəndə görürük ki, müxtəlif zamanlarda nə qədər həmyerlimiz fərqli ölkələrdə futbola sərmayə ayırıblar.

2 gün öncə Türkiyənin "Ajansspor" nəşri azərbaycanlı iş adamının "Serik Belediyyespor"un səhmlərinin 50 faizini 4 milyon avroya aldığını tirajladı. Bu klub ötən mövsüm Türkiyə I Liqasına vəsiqə qazanıb. Antalyanın eyni adlı qəsəbəsini təmsil edir. Bura turizm mərkəzidir. Əhalisi 141 min 569 nəfərdir. Oyunlarını 3500 nəfərlik İsmail Oğan stadionunda keçirir. Bir qədər araşdırma apardıqdan sonra bəlli oldu ki, rəhbərlik arenada təmir işlərinə başlayıb. Təbii ot örtüyü dəyişdirilib. Yeni mövsümə kimi stadionun tutumu 7 minə çatdırılacaq.

1955-ci ildə qurulan klubun ən böyük uğuru I Liqaya yüksəlməkdir. "Serik Belediyyespor"un voleybol komandası da var.

Görəsən, azərbaycanlı iş adamı uğuru, tarixi nəticələri olmayan kluba nə üçün himayədarlıq etmək qərarı verib? Bunun sadə cavabı var: futbola biznes kimi yanaşır. Bura ayırdığı sərmayəni artıqlaması ilə götürə bilər. Necə? Bunun 3 yolu var:

1. Bilet satışı
2. Oyunçu satışı
3. TV yayım

Sən demə, "Serik Belediyyespor"un yeni mövsümdə ev oyunlarını "Mardan" stadionunda keçirmək ehtimalı var imiş. Lakin azarkeşlər buna etiraz ediblər ki, komanda dəstəksiz qalacaq. Heç kim ora getməyəcək. Bu səbəbdən də rəhbərlik arenada yenilənmə işlərinə başlayıb. Komanda ən azı pley-offa vəsiqə qazanmaq üçün oynasa, ev matçlarını ortalama 4-5 min azarkeş izləyəcək.

İddiaya görə, klubun yeni baş məşqçisi Rusiya Premyer Liqasında çalışmış mütəxəssislərdən biri olacaq. Komandanın heyəti gənc türklərdən və legionerdən təşkil olunacaq. Hazırkı prezident Cenk Doğan yerli mediaya açıqlamasında bildirib ki, futbolçu satışından ciddi gəlir əldə etmək niyyətindədirlər.

Bildiyiniz kimi, Türkiyə I Liqasının oyunları "Bein Sport"da yayımlanır. Şirkət bunun üçün TFF-yə ciddi miqdarda ödəniş edib. Federasiya bu məbləği klublar arasında bölür. Kanal reklamdan əldə etdiyi gəlirin müəyyən hissəsini də iştirakçı komandalara paylayır. Təbii ki, "Serik Belediyyespor"a da pay düşəcək. Nə qədər güclü olsalar, ev oyunlarını TV-dən daha çox adam izləyəcək. Bu da komandanın gəlirinin bir qədər də artması deməkdir.

Gələk məsələnin əsas hissəsinə? Niyə adı bilinməyən iş adamı öz ölkəmizdə klub sahibi olmur? 4 milyon avro ciddi məbləğdir. Hazırkı kursla 7 milyon 830 min manat edir. Bu pula Premyer Liqada 2 klub saxlamaq olar. Məsələn, 2024/25 mövsümündə "Kəpəz"in büdcəsi 3 milyon 711 min, "Şamaxı"nın isə 3 milyon manat olub. Yəni, 4 milyona avroya Azərbaycanda avrokuboklarda oynayacaq komanda formalaşdırmaq olar.

Nə üçün özümüzkülər bizim futbola maraq göstərmirlər?

Rövşən Nəcəf və komandası AFFA rəhbərliyinə gələndə düşünürdüm ki, ilk olaraq bu problemləri həll edəcək. Amma onlar başımızı İnkişaf Strategiyası ilə qatmağa başladılar. Nədir bu problemlər?

Bunlar hamının bildiyi sadə şeylərdir. Gəlin, izah edək:

1. Azərbaycanda klub almaq istəyən şəxs stadion problemi ilə üzləşir. Arena tikdirmək istəsə, bələdiyyə və ya icra torpaq satmır. Hazır stadionu təmir etmək daha böyük problemdir. Axtarmaq lazımdır ki, arena kimin balansındadır? AFFA-nın, Gənclər və İdman nazirliyinin, bələdiyyənin, İcra hakimiyyətinin, yoxsa Həmkarlar İttifaqının? Onlardan icazə alınana kimi səninki sənə dəyir. Ən yaxşı halda dövlətin həmin stadionu təmir etməsini gözləməlisən.

2. Azərbaycanda klub almaq istəyən şəxs ancaq cibindən pul xərcləyir. Çempionatın normal gəliri yoxdur. Komandalara əldə etdikləri naliyyətlərə görə mükafatlar verilmir. Normal bilet satışı təşkil edilmir. Sözdə yayım hüququna malik kanal tenderin qalibi olur. Amma bunun üçün ödənilən məbləğdən klublara heç nə çatmır. Sponsorluq müqavilələri imzalanır. Amma iştirakçı kollektivlərə heç nə verilmir.

3. Azərbaycanda klub almaq istəyən şəxs ciddi şəkildə vergi ödəyicisi olur. Futbol üçün isə sabit vergi yoxdur. Nə də iş adamlarına, şirkət sahiblərinə xüsusi güzəştlər edilmir.

Bunlar hələ ən primitiv problemlərdir. 1 ildən çoxdur AFFA rəhbərliyində olan Rövşən Nəcəfin komandası bu istiqamətdə hansısa addımlar atmır. Vitse-prezident Sərxan Hacıyev uzun illərdir ki, futbol sferasındadır. O, bu məsələləri daha çox qabartmalı və həlli istiqamətində addımlar atmalıdır. Tutaq ki, onlar bunu bacarmırlar. Bəs baş katib Cahangir Fərəccullayev nə üçün heç nə etmir? O ki, idarəetmənin sirrlərini bilir. Adı çəkilən şəxs yeniliklərlə dolu olmalıdır. Futbolun ən sadə problemlərini həll edə bilməyənlər necə inkişafa nail olacaqlar?

Bu məsələlərlə bağlı işlər görülməsə, azərbaycanlı iş adamları "Serik Belediyyespor" kimi ölkəmizdə tək-tük adamların tanıdığı klubları maliyyələşdirəcəklər. Bizimkilər isə qışda təlim-məşq toplanışına Serikə gedəcəklər.

İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR