son dəqiqə SON DƏQİQƏ
Maradonanın məşhur qolunun topu 3,3 milyon dollara alındı BOS-da Təhlükəsizlik konfransı keçirildi FİDE rəsmisi Afrikada vəfat edib “Nitsa”dan “Hamburq”a Azərbaycan millisi pley-offa yüksəldi I Liqada klubunu dəyişdi Velko Simiç: “Biz böyük komandayıq” Bakıdakı mundialın hakimləri müəyyənləşib Dambrauskas: “Ötən görüşdəki səhvlərdən nəticə çıxarmışıq” “Səbail” toplanışı qalib başa vurdu MPL: III turun oyun cədvəli açıqlanıb “Hapoel”in qapıçısı: “Tamamilə bu oyuna köklənmişik” “Hapoel”in baş məşqçisi: “ Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik” I Liqa klubundan yeni transfer Bakıda SUP üzrə turnir keçirilib Bölgə klubunda yeni baş məşqçi AÇ: Niderlanddan ikinci qələbə Millimizin sabiq üzvü Azərbaycandan getdi, bu klubla müavilə imzaladı Avropa Birinciliyi: Kamran Xappayev Kosovoda bürünc medal qazanıb Dünya Çempionatı: İdmançılarımız yarışı 2 medalla başa vurub Poznan şəhərində ölkəmizi təmsil edəcək idmançının adı açıqlanıb Misli Premyer Liqasında çıxış etmiş oyunçu bu klubla müqavilə imzalayıb Mahmud Qurbanov millidə - Milli üzvü sonradan oyuna daxil oldu, komandası heç-heçə etdi "Sabah"la kritik qarşılaşmada neçə "Hapoel" azarkeşi Bakıya gələcək? "Turan Tovuz" azarkeşləri bu dəfə də diqqət mərkəzində - "Gəncə"də 3 ayrılıq - Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək -

"İmişli" başqa rayona köçür? - MÜSAHİBƏ

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 7-06-2025, 11:39

"İmişli"nin icraçı direktoru Aqşin Mürsəlovun Sport1.az-a müsahibəsi...

- I Liqada mövsüm başa çatandan sonra mediada və sosial şəbəkələrdə ən çox müzakirə mövzusu olan klub "İmişlidir. Bunun da müəyyən səbəbləri var. Ən başlıca məqam baş məşqçi ilə bağlıdır. Bu istiqamətdə görülən işlər hansı müstəvidədir? "İmişli"nin yeni baş məşqçisi ictimaiyyətə nə vaxt təqdim olunacaq?
- Baş məşqçi ilə bağlı İdarə Heyəti müzakirələr aparır. Yekun qərar növbəti iclasda veriləcəkdir.

- Yəqin ki, Premyer Liqa üçün heyət yığılır. Ötən mövsüm I Liqada "İmişli"nin gümüş medal qazanmasına kömək olan futbolçulardan kimlərlə yola davam edəcəksiniz?
- Təbii ki. 5 futbolçu ilə yeni müqavilə imzalamışıq. Söhbət Dioqo Rollo, Mehdi Tahirov, İdris İnqilablı, Həzirət İsayev və Vüsal Qənbərovdan gedir. Geri qaytardığımız sabiq oyunçularımız da var. Keçən mövsüm "Ordu"da çıxış edən İbrahim Əliyevi, "Karvan"da top qovan Ezekiel Morqanı sıralarımıza qatmışıq.

- Bilirsiniz ki, Premyer Liqada legioner limiti ləğv olunub. "İmişli" bundan maksimum istifadə edəcək?
- Təbii ki, yox. Bizim heyətdə 7-8 legioner olacaq. Gənclərdən, təcrübəli futbolçulardan ibarət yaxşı komanda formalaşdırmaq arzusundayıq.

- 2025/26 mövsümündə hədəfiniz nə olacaq?
- Premyer Liqanın yeni üzvüyük. Bu mövsüm başlıca hədəfimiz komanda formalaşdıraraq Premyer Liqada qalmaqdır. Konkret olaraq 11-ci olmaq arzusunda deyilik. Çalışacağıq ki, 7-8-ci yerlər üçün oynayacaq komandan formalaşdıraq.

- Gələk əsas məsələyə! Heydər Əliyev adına İmişli şəhər stadionda hansı işlər görülür?
- Arenanın mülkiyyətimizə keçirmək istəyirik. AFFA ilə birgə bu istiqamətdə işlər aparırıq. Stadionumuzla bağlı layihə də hazırdır. Təmir işləri üçün vəsait də ayrılıb. Yetər ki, hüquqi məsələlər həll olunsun. Bundan sonra işlərə start veriləcək. Hüquqi məsələ həll oluna kimi isə müvəqqəti olaraq ev oyunlarımızı istənilən stadionda keçirə bilərik. Amma əsas hədəfimiz öz azarkeşlərimizin qarşısında, doğma rayonumuzda oynamaqdır.

- Doğma rayonumuz deyəndə haranı nəzərdə tutursunuz? İmişli, yoxsa Ağsu?
- Təbii ki, İmişli! Biz İmişlini təmsil edirik. Ağsuda müvəqqəti olaraq ev oyunlarımızı keçirmək ehtimalımız var. Bu məsələ hələ öz təsdiqini tapmayıb. Bakıda, Sumqayıtda, Ağsuda, Qubada ev oyunlarımızı keçirə bilərik. Qeyd etdiyim kimi, öz stadionumuzda işlər yekunlaşana qədər, müvəqqəti olaraq başqa arenada oynamaq məcburiyyətindəyik.

- Yəqin ki, bu sualı niyə verdiyimi anladınız. Mediada "İmişli"nin adını və rayonunu dəyişəcəyi iddia olunur. Bu məlumatın həqiqət payı var?
- Biz klubun adını dəyişməyi qəti sürətdə düşünmürük. Müvəqqəti olaraq başqa stadionda oyunlarımızı keçirəcəyik. Klubun adı heç bir halda dəyişilməyəcəkdir. "İmişli" olaraq yola davam edəcəyik. Premyer Liqaya "İmişli" olaraq gəlmişik. Bu adla da yolumuza davam edəcəyik. "İmişli" olaraq Azərbaycan futbolunda öz sözümüzü deyəcəyik.

- "İmişli" ilə bağlı başqa hansı yeniliklər var?
- Rebrendinq edirik. Yeni loqo hazırlayırıq. Saytımızda da işlər gedir. Yaxın günlərdə hazır olacaq. Həm loqo, həm də sayt tezliklə ictimaiyyətə təqdim olunacaq.

İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR