Misli Premyer Liqasının 35-i turunda "Zirə" "Sabah"la heç-heçə etdi - 1:1."Bayquşlar"ın üzvü Pavol Şafranko görüşlə bağlı fikirlərini
Sport1.az-a açıqladı:
"Oyunda şanslar 50/50 idi. Lakin bizim real qol imkanlarımız rəqibə nisbətdə daha çox oldu. Həmin şansları dəyərləndirsəydik, nəticə fərqli ola bilərdi. Əvəzində, rəqib əldə etdiyi ilk real qol fürsətində son nöqtəni qoymağı bacardı. Futbolda işlər həyatda olduğu kimi “əgərlər” üzərində qurulmur. Oyun artıq bitib, nəticə isə məlumdur".MİRZƏ S
Sport1.az