"Nəticəyə görə çox xoşbəxtəm".
Bu sözləri Sport1.az-a açıqlamasında basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Dina Ulyanova Buxarestdə keçirilən Qadın Seriyasının əsas qrupuna yüksəlmələri barədə danışarkən
dedi.
O, sabah Sinqapur və Ukrayna görüşlərdə qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirdi: "Heç bir rəqibdən çəkinmirik. Meydana çıxıb, öz oyunumuzu oynayacağıq. Yaxşı enerjimiz var. Bunu qoruyub, sabah xalqımızı sevindirmək istəyirik".
Qeyd edək ki,Raşa Deliçin başçılıq etdiyi yığma A qrupunda ilk olaraq Yaponiyanın “Sukuba” komandasına 21:10, ikinci oyunda isə İsveçrə təmsilçisi "Lozanna"ya 21:11 hesabı ilə qalib gəlib və əsas qruplara vəsiqə qazanıb.
Komanda iyulun 12-də əsas mərhələnin C qrupunda Ukrayna və Sinqapur kollektivləri ilə qarşılaşacaq.
Sport1.az