
Samir Abasov ilə yollarını ayıran "Neftçi" baş məşqçi axtarışlarına davam edir.
Sport1.az xəbər verir ki, mətbuatda Vitali Vernidub, Yuri Qonçarenko, Abdullah Avcı kimi mütəxəssislər Bakı təmsilçisini çalışdırmağa əsas namizəd kimi göstərilirdilər.
Türkiyəli mütəxəssisi bu siyahıdan çıxarmaq olar, çünki Abdullah Avcı özünə yeni iş yeri tapıb. Məlumatı "Sabah" nəşri yayıb. Həmkarlarımızın xəbərinə görə, mütəxəssis "Rizespor" ilə anlaşıb.
Qeyd edək ki, Abdullah Avcı son olaraq 2024-cü ildə "Trabzonspor"u çalışdırıb.
MƏHƏMMƏD HÜSEYNOV