son dəqiqə SON DƏQİQƏ
Premyer Liqa klublarının yay transferləri Cüdo üzrə Dünya Çempionatı: Yuri Maksimov "Araz-Naxçıvan"da "Gəncə" komandasının məşqçisi "B" kateqoriyası üzrə lisenziya aldı "Sumqayıt" Rüstəmi transfer etdi U-21 millimizin baş məşqçisi Rəşad Eyyübov jurnalistlərin önünə çıxacaq "Şəfa" yoldaşlıq matçına çıxacaq Daha bir milli komandamızın heyəti və oyunlarının təqvimi açıqlandı "Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı

Nazim Əliyev: "Bu gün Samir Abasovu qınamaq doğru deyil" - AÇIQLAMA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 25-06-2025, 12:06

"Neftçi" ötən mövsüm uğursuz çıxışı ilə diqqət çəkdi.

Bakı təmsilçisi Premyer Liqanı 6-cı pillədə tamamladı.

Bu səbəbdən də hazırda flaqmanda köklü dəyişikliklər edilir. Komandadan 12 futbolçu göndərilib.

"Ağ-qaralar" uğur əldə etmək üçün başqa nə etməlidir? Hansı addım "Neftçi"ni dirçəldə bilər?

Suallarımızı veteran futbolçu Nazim Əliyevə ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

'Komandalarda uğur olmayanda ilk olaraq baş məşqçiyə gözlər dikilir. Çünki, əsas söz sahibi, kollektivi oyuna kökləyən və nəticələrə cavabdeh şəxs odur. Buna baxmayaraq, bu gün Samir Abasovu qınamaq doğru deyil. "Ağ-qaralar"ın başa çatan mövsümdə mükafatçılar sırasına düşüməməsinə görə də baş məşqçini hədəf almağı düzgün hesab etmirəm. Unutmayaq ki, komandanı çempionata hazırlayan Samir Abasov olmamışdı. O, "Neftçi"ni çətin vəziyyətdə götürdü. Bacardığı qədər komandanı toparlamağa çalışdı. Hesab edirəm ki, Premyer Liqanın startından "ağ-qaralar"ın sükanı arxasında Samir müəllim olsaydı, fərqli nəticələrə ola bilərdi. Unutmayaq ki, uzun illərdən sonra məhz Samir Abasov "Neftçi"yə qızıl medalları qazandırmağı bacaran bir məşqçi kimi tarix yazıb. Ona güclü komanda formalaşdırması üçün vaxt verilməlidir. Ən 3-4 il komandanın sükanı arxasında olmaq lazımdır ki, uğurlar gəlsin. Səmimi demək lazımdır ki, "Neftçi" ötən mövsümü çox zəif keçirdi. Fiziki cəhətdən futbolçular 90 dəqiqə oynamağı bacarmırdılar. Bu cür çatışmazlığı da Premyer Liqanın gedişində aradan qaldırmaq demək olar mümkün deyil. Ancaq 2 aylıq toplanışla mümkündür. Hesab edirəm ki, Samir müəllim yay toplanışında onun futbol fəlsəfəsinə uyğun olan futbolçuları komandasına cəlb edəcək. Yaxşı təlim-məşq keçəcək və döyüşkən "Neftçi"ni formalaşdıracaq. Mən ona inanır və uğurlar arzu edirəm".

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR