
"Real"ın keçmiş baş məşqçisi Xabi Alonso "Çelsi"ni çalışdırmağa yaxındır.
Sport1.az xəbər verir ki, bu haqda "Sky Sports" məlumat yayıb.
London təmsilçisi ispaniyalı mütəxəssisə təklif göndərməyə hazırlaşır. Bildirilib ki, Xabi Alonso özü də "Çelsi"yə baş məşqçilik etməyə razıdır. Tərəfərin yaxında müqavilə ilə bağlı anlaşacağı gözlənilir.
Daha əvvəl "Milan"ın da Xabi ilə maraqlandığı yazılmışdı.
Qeyd edək ki, "Çelsi" aprel ayının 22-də baş məşqçisi Liam Rozenhoru istefaya göndərib.