
FİFA Argentina millisinin futbolçusu Canluka Pestianiyə tətbiq olunan cəzanı qloballaşdırıb.
Sport1.az xəbər verir ki, "Reuters"in məlumatına görə, "Benfika"nın 20 yaşlı vingerinə verilən 6 oyunluq cəza artıq bütün rəsmi beynəlxalq turnirlərə şamil olunacaq.
Qeyd edək ki, futbolçu fevralda Çempionlar Liqasının pley-off mərhələsində "Real"la oyunda Vinisius Juniora qarşı irqçi davranışa görə UEFA tərəfindən cəzalandırılıb. İndi isə bu sanksiya FİFA-nın qərarı ilə qlobal xarakter alıb.
Bu səbəbdən Prestianni Argentina millisinin heyətinə çağırılsa, DÇ-2026-nın ilk oyunlarını buraxmalı olacaq.
Xatırladaq ki, Argentina millisi mundialda qrup mərhələsində Əlcəzair, Avstriya və İordaniya ilə qarşılaşacaq.