son dəqiqə SON DƏQİQƏ
Azərbaycan - Tacikistan: Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır "Turan Tovuz" - "Fənərbağça": Maksimov: "Mentaliteti bilirəm və futbolçuların bir qismini tanıyıram" ÇL: "Aznur" məğlubiyyətlə başladı Azərbaycan millisinin oyununu canlı verəcək telekanal müəyyənləşdi Premyer Liqa klublarının yay transferləri Cüdo üzrə Dünya Çempionatı: Yuri Maksimov "Araz-Naxçıvan"da "Gəncə" komandasının məşqçisi "B" kateqoriyası üzrə lisenziya aldı "Sumqayıt" Rüstəmi transfer etdi U-21 millimizin baş məşqçisi Rəşad Eyyübov jurnalistlərin önünə çıxacaq "Şəfa" yoldaşlıq matçına çıxacaq Daha bir milli komandamızın heyəti və oyunlarının təqvimi açıqlandı "Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir

“Samir Abasovun günahı yoxdur” - "Neftçi"nin veteranı

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 29-04-2025, 14:07

"Neftçi" tarixinin ən pis dönəmlərindən birini yaşayır.

Bakı klubu Azərbaycan Kubokunda mübarizəni dayandırıb. Premyer Liqada 32 turdan sonra 36 xalla 6-cı pillədə qərarlaşıb.

Samir Abasovun gəlişindən sonra "ağ-qaralar"ın düzələcəyi düşünülürdü. Amma bu, baş vermədi. Mütəxəssisin göndərilməsini istəyənlər var. Görəsən, "Neftçi"nin uğursuzluqlarının səbəbkarı baş məşqçidir? O, göndərilməlidir? Suallarımızı veteran futbolçu Paşa Əliyevə ünvanladıq.

"Neftçi"nin sabiq üzvü məsələ ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

“Kubok matçında komandanın bəxti gətirmədi. “Neftçi” ilk oyunla müqayisədə daha yaxşı oynadı. Çoxsaylı qol imkanları oldu. Filip Ozobiç 3 real fürsətini boşa verdi. Təbii ki, “Sabah”da rəqibini yaxşı təhlil etmişdi. İlk oyundakı üstünlüyünü əldən vermək istəmirdi. Bakı təmsilçisi nə qədər çalışsa da, oyunda geridönüş edə bilmədi. Çoxları kimi mən də kubokun finalında “Neftçi” – “Qarabağ” cütünü görmək istəyirdim. Amma alınmadı. Nə qədər ağır olsa da, “Neftçi” üçün kubok macərası bitdi və onların mövsümdə titul qazanmaq şansları olmayacaq. Bu gün çoxları Samir Abasovu istefa verməli olduğunu düşünür və ya komandadan göndərilməsinə çağırış edir. Üzümü həmin şəxslərə tutub deyirəm ki, Samir müəllimin heç bir günahı yoxdur. Komandanı o, yığmamışdı. Mövsümün əvvəlindən “Neftçi”nin sükanı arxasına o, keçsəydi, indi daha kreativ və ilk “4-lük”də yer alan “Neftçi” görəcəkdik. Tək Samir Abasov yox, istənilən yerli məşqçilərimizə şans veriləcəksə, ən azı 3 il vaxt lazımdır. Artıq gələn mövsüm üçün planlar qurulmalıdır. Komandada yer alan oyunçuların 50% yola salınmalıdır. Əsasən Emin Mahmudov kimi meydanda can qoyan, döyüşən futbolçular yer almalıdır. Ancaq pulu düşünənlərə “Neftçi”də yer olmamalıdır”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR