23:46 12.05.2025 569

Bəhanələri sevən Bakı-Sumqayıt qatarının şərnişinləri - KÖŞƏ

Klubların yerli məşqçilərə güvənməsinin hər zaman tərəfdarı olmuşam.

Amma azərbaycanlı mütəxəssislər işə başlayırlar, bir müddət nəsə etmək istəyirlər, alınmır. Sonra bəhanələr havada uçuşur.

Bu mövsüm bu yöndə 2 məşqçi daha çox özünü göstərdi: Samir Abasov və Vaqif Cavadov.

Başlayaq "Neftçi"nin baş məşqçisindən. Abasov gördü ki, işlər getmir, komanda nəticə qazana bilmir. Əvvəlcə kollektivdəki psixoloji durumdan danışdı, sonra fərdi problemləri qabartdı. Bir ara Ağadadaş Salyanskini yıxdı-sürüdü. Ən sonda da dedi ki, bu komanda mənim deyil. Samir Abasov özünü təsdiqləmiş, ölkə çempionu olmuş məçqçidir. Belə bəhanələr ona yaraşmır. 9-cu turda komandanı götürən məşqçi necə olur ki, kollektivi özününküləşdirə bilmir? Hələ Elvin Camalov, Ryonosuke Ohori, Aleks Fernandes və Bassala Sambu kimi 4 oyunçunun transferini demirəm. 2019-cu ildə özünün olmayan komandanı mövsümün ortasında götürərək çempion edən siz deyildiniz, cənab Abasov?

"Neftçi" ilə bağlı çox söz demək olar. Samir Abasov gələndə komandanın liderlə 19 xal fərqi var idi. İndi isə bu göstərici 43-dür. Vəziyyət düzəlmək yerinə, daha da pisləşib. 27 tura bu fərqi azaltmaq, ən yaxşı halda çempionat yolu ilə avrokuboklara getmək olardı. Məsələn, 2-ci dövrənin tamamında "Zirə" "Araz-Naxçıvan"dan 11 xal geridə idi. "Qartallar" bu fərqi aradan qaldırmağı bacardı. İndi isə 15 xal irəlidədir. Yəni istək olanda hər şey mümkündür. Bəli, bu komanda sizin deyil. Amma özünüzküləşdirmək mümkün idi. Rza Cəfərov, Emin Mahmudov, Filip Ozobiç kimi oyunçuları bütün məşqçilər istəyər. 4 futbolçu da siz gətirmisiniz. Əvəzedicilərdən də bir neçəsini heyətə qatmaq olardı. Siz belə riskə getmədiniz. İndi deyirsiniz ki, bu komanda mənim deyil?

Samir Abasovdan kifayət qədər danışdıq. Keçək Vaqif Cavadova. Dünən "Kəpəz"lə oyundan sonra o qədər bəhanələr gətirdi ki...

Əvvəlcə hakimlikdən şikayət etdi. Amma penalti qərarı doğru idi. O başqa məsələ ki, "Neftçi" ilə matçda eyni epizodda onun haqqına girilmişdi. Daha sonra suallardan birində futbolçuları, növbətində isə rəhbərliyi günahlandırdı. Hamı səhv oldu, Vaqif Cavadovdan başqa.

Mütəxəssis işə başladığı ilk oyundan bəri bütün açıqlamalarında deyirdi ki, hansı komandanı götürdüyümü bilirəm, yaxşı kollektiv var. Yaxşı oyunçulardı, bu futbolçularla uğurlu nəticələr əldə edəcəyimə inanıram. Sadəcə, fiziki cəhətdən müəyyən axsamalar var ki, onu da yoluna qoyacağıq. Bəs, necə oldu ki, 27 oyundan sonra bu komanda Vaqifin olmadı?

Azər Bağırov "Kəpəz"ə təyin olunanda gəncəlilərin hesabında 0 xal var idi. Bu komandanın stadionu yoxdur, sponsoru yox idi, yerli futbolçuları çempionatın ən zəifidir, amma, Premyer Liqada qala bilir? Demək ki, məşqçi işi var. Azər Bağırov heç vaxt oyunçularını media önündə pisləmədi. Bütün problemlərdə səhvi özündə axtardı. Vaqif Cavadov isə əksini etdi. Bu səbəbdən də işsiz qaldı. Yəqin ki, "Sumqayıt" təcrübəsi Cavadova dərs olar. PRO kateqoriyamız olmasa da, komandada işlərin qaydasında getmədiyini, normal hücumların qurulmadığını, kollektivin uzun müddət qol vura bilməməsini biz də görürdük, deyirdik.

Samir Abasov və Vaqif Cavadov istedadlı insanlar ola bilərlər. Hər ikisinin düşüncəsinə, zəhmətinə hörmətimiz var. Amma "komanda mənim deyil" bəhanəsini gətirmək onlara yaraşmır.

Uzun sözün qısası, Vaqif Cavadov üçün qatar getdi. Tanrı Samir Abasova kömək olsun!

İLKİN SULTANLI
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

13:42

Azərbaycan millisi Belarusa qalib gəldi

13:18

"Neftçi"nin qapıçısı: "Komandada qlobal dəyişikliyin olduğunu deməzdim"

13:04

Noyerə bir illik təklif

12:50

AFFA-nın "qara qəpik" davası - YAZI

12:29

İnfantino növbəti seçkilərə də qatılacağını açıqladı

12:07

"İmişli" futbolçusu ilə müqaviləni uzatdı

11:45

"Qızıl top" mükafatına namizədlərin yenilənmiş siyahısında lider kimdi?

11:32

FIFA-nın dəstəyi ilə Füzulidə qız futbolçuların inkişafına yönəlmiş festival keçirildi

11:20

“Qarabağ”ın legioneri xəstəxanalıq oldu

10:25

Oçoa karyerasını başa vuracaq

10:15

"Milan"ın yetirməsi "Qarabağ"ın hədəfində - ÖZƏL

10:02

“Neftçi layiq olduğu yerə qayıdacaq” - Cenk Sümer

09:48

"Barselona" iki futbolçusu ilə vidalaşacaq

09:22

Bu futbolçu 10 qol vuran ilk oyunçu oldu

09:12

Ronaldo: "Karyeramın sonu yaxınlaşır"

01:25

Çempionlar Liqasının 1/8 finalçısı Elvin Cəfərquliyevlə maraqlanır - İDDİA

00:58

AL: Yarımfinal mərhələsinə start verilib - YENİLƏNİB

00:28

9-cu çempion : 18 İLDƏ İLK

00:14

Yuri Vernidub: "Neftçi" elə komandadır ki…”

23:23

Qurban Qurbanov: “Deyəcək söz yoxdur”

22:58

Qazaxda cüdo üzrə region birincilikləri keçiriləcək

22:22

“Sabah” çempionluğunu rəsmiləşdirdi

21:54

“Neftçi” “Qarabağ”a qalib gəldi - YENİLƏNİB

21:19

XXX turun iki görüşünün təyinatları açıqlanıb

20:56

AFFA rəhbərliyi FIFA-nın Konqresində

20:14

“Fənər”in oyunçusu futboldan uzaqlaşdırıldı

19:47

“Qarabağ” axtardığı hücumçunu Bolqarıstanda tapdı

19:15

“Neftçi” - “Qarabağ” : HEYƏTLƏR

18:51

I Liqada tura 2 oyunla yekun vurulub - YENİLƏNİB

18:42

“Baku Open - 2026” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib

18:12

PSJ-nin futbolçusu həftənin oyunçusu seçildi

17:48

"Mançester Yunayted"də 5 illik müqavilə

17:33

"Prezident Kuboku"nun qalibi: "Qızıl medal qazanacağımı gözləyirdim"

16:39

Binə stadionuna FIFA sertifikatı verildi

16:16

“Prezident Kuboku 2026”: Azərbaycan avarçəkənləri günü 4 medalla başa vurdular

16:08

Aqil Nəbiyev: "Perspektivli komandamız var, daha güclü potensiala malikik"

14:43

Stas Pokatilov Qazaxıstan futbol tarixinə düşməyə yaxındır

14:20

Joze Mourinyo: "Dünya çempionatını Braziliya qazanacaq"

14:07

Atletika üzrə Bakı şəhər yay birinciliyi keçiriləcək

13:45

Premyer Liqa klubu baş məşqçinin müqaviləsini ləğv etdi

13:33

Prezident İlham Əliyev Azərbaycan güləşçiləri ilə görüşdü

13:07

Bu futbolçu "Mançester Siti"ni tərk edə bilər

12:43

Zidanın oğlu zədələndi

12:17

Nəriman oynadı, komandası 1/4 finala yüksəldi

12:04

Azərbaycan çimərlik futbolu millisi ilk yoldaşlıq matçında Belarusa uduzdu

11:42

Azərbaycan millisi Pakistanı məğlub etdi

11:25

Ronaldodan 970-ci qol

11:04

Cinsi zorakılıq ittihamı ilə UEFA hakimi saxlanıldı - Böyük Britaniyada skandal

10:29

Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı

10:06

Bu futbolçu "Atletiko"dan ayrılacaq?

09:44

Birlikdə 100 qol vurdular

00:55

ÇL: Madriddə qalib müəyyənləşmədi - YENİLƏNİB

00:13

Millimizin heyəti bəlli oldu

23:57

44 cüdoçumuz Avropa Kubokunda çıxış edəcək

22:58

“Çelsi”nin vingeri daha 4 il futboldan uzaqlaşdırıldı

22:33

"İdman Analitikası və Süni İntellekt: Elmi İnteqrasiya" adlı tələbə və gənc tədqiqatçıların IV elmi-praktik konfransı keçirilib

21:54

"Sabah" final seriyasına qələbə ilə başlayıb

21:23

I Liqa: XXIV tura start verilib - YENİLƏNİB

20:45

Qazaxda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

19:57

PSJ-nin üzvü “Bavariya” ilə matçı buraxacaq

19:36

“Liverpul”un müdafiəçi Super Liqada çıxış edə bilər

19:11

Türkiyə Kubokunun final oyununun keçiriləcəyi stadion müəyyənləşib

18:23

Super Liqa klubu baş məşqçisi ilə bağlı qərarını verdi

17:49

"Bayer"də yeni müqavilə - RƏSMİ

17:35

"Neftçi" – "Qarabağ" matçına hakim təyinatları açıqlandı

17:22

Premyer Liqa klubu Markus Reşfordu transfer etmək istəyir

17:07

Fransa klubu baş məşqçisi ilə vidalaşacaq

16:54

Reqatada 2-ci yeri tutan avarçəkən: "Azərbaycana ilk medalı qazandırdığım üçün şadam"

16:01

Azərbaycan avarçəkəni "Prezident Kuboku 2026" reqatasında gümüş medal qazandı

15:25

AFFA İntizam Komitəsi "Sumqayıt", "Neftçi" və "Qarabağ"a cəzalar "yağdırdı"