son dəqiqə SON DƏQİQƏ
Dünya Çempionatı: Azərbaycan medal sayına görə üçüncü oldu ● "Onun 2-ci komandaya göndərilməsi klubun daxili intizam qərarı idi" ● "Sumqayıt" ilk qələbəsini qazandı ● Zirədə qollu bərabərlik ● "Bizə vaxt lazımdır" ● MPL: Zirədə qalib müəyyənləşmədi, "Sumqayıt" "Qəbələ"ni məğlub etdi ● "Şükür, bu gün meydanda vuruşaraq xalımızı qazandıq" ● "Çox yaxşı futbolçudur, istədiyimiz oyunçulardandır" ● Rəhim Həsənovun cəsarətsiz və ya yarınmağa çalışan hakimləri ● "Sumqayıt" - "Qəbələ": ● I Liqa: "Baku Sportinq" Yevlaxda "Gəncəbasar"a uduzub ● "Meydanda qat-qat yaxşı oynayan komanda biz idik" ● "Zirə" - "Şamaxı": ● Kokauri finalda, Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq ● Dünya Çempionatı: İki cüdoçumuz 1/4 finala, biri yarımfinala yüksəlib ● "Məncə, 0:0 oyunun gedişatına uyğun və tam normal nəticədir" ● DÇ: İki cüdoçumuz 1/8 finalda ● Dünya Çempionatı: Madina Kaisinova mundialla vidalaşıb ● "Neftçi"yə qarşı oynayarkən məhz bu komponentlərdə üstün olmalısan" ● Azərbaycanın 5 boksçusu Avropa Çempionatının finalına yüksəlib ● Camal Qamzatxanovdan uğurlu start ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 idmançımız mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● Millimiz “Antalyaspor”u məğlub edib ● “Zirə”nin rəhbəri Qırğızıstanda ● Dambrauskas: “Buna siz qərar verərsiniz” ● Vernidub: “Baş məşqçi başqa cür düşünsə…” ●

AVF rəsmisi CEV-in iclasında iştirak etdi

Bölmə adı Voleybol
Yayımlandı 7-05-2026, 13:04

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli Avropa Voleybol Konfederasiyasının (CEV) Maliyyə Komissiyasının növbəti iclasında iştirak edib.


Sport1.az xəbər verir ki, tədbir Lüksemburqda baş tutub.


CEV-in baş ofisində təşkil olunan toplantıya qurumun icraçı direktoru Vuk Karanoviç, Maliyyə Komissiyasının rəhbəri Guy Juvet, komissiya üzvləri və CEV-in maliyyə departamentinin əməkdaşları da qatılıblar.


İclasda CEV-in cari il üzrə fəaliyyət planı, maliyyə siyasətinin əsas istiqamətləri, eləcə də beynəlxalq turnir və yarışların maliyyələşdirilməsi ilə bağlı məsələlər ətraflı şəkildə müzakirə olunub. Xüsusilə, yarışların təşkilinə ayrılan büdcə, xərclərin optimallaşdırılması və maliyyə resurslarının səmərəli idarə olunması kimi vacib mövzular gündəlikdə yer alıb.


Görüş zamanı 2025-ci il ərzində keçirilmiş yarışların maliyyə nəticələri təhlil olunub, qarşıdakı dövr üçün planlaşdırılan turnirlərlə bağlı maliyyə mexanizmləri və büdcə planlaması istiqamətində geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, maliyyə hesabatlılığının şəffaflığının artırılması və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə də xüsusi diqqət yetirilib.


İclas çərçivəsində CEV Maliyyə Komissiyasının üzvləri tərəfindən müasir maliyyə yanaşmaları, rəqəmsal maliyyə idarəetmə alətlərinin tətbiqi, həmçinin üzv federasiyalar arasında əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib. Belə görüşlərin Avropa voleybolunda maliyyə dayanıqlığının təmin olunmasına və beynəlxalq yarışların daha yüksək səviyyədə təşkilinə töhfə verəcəyi vurğulanıb.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR