21:11 23.11.2025 72

Kaşkilya: "İmişli"nin daha yüksək məqsədləri var"

Misli Premyer Liqasının XII turunun son matçında "Neftçi" doğma meydanda "İmişli"yə 2:3 hesabı ilə məğlub olub.

Sport1.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb:

"Oyunçularımı təbrik edirəm. Gözəl qalibiyyət oldu. Fantastik oyunumuzun nümunəsi idi. Bilirik ki, "Neftçi" böyük rəqibdir. Yaxşı hazırlaşmışdıq. Onların oyununa qarşı öz oyunumuzu ortaya qoya bildik. "Neftçi"nin taktikasının necə olacağını bilirdik, koridorlarda boşluq olacağını ehtimal edirdik. Bundan da istifadə edə bildik. Oyunumuz çətin başladı, qapımıza 10-cu dəqiqədə penalti təyin edildi. Amma oyunu bərabərləşdirə bildik. Hesabda geri düşsək də, komanda güclü xarakter, psixoloji hazırlığını göstərdi. "Neftçi" kimi böyük komandaya qarşı oyundan çox razı qaldım. "Neftçi"yə səfərdə qalib gəlmək böyük xarakter tələb edir. Xarakterimizi göstərərək, oyunu qalib başa vurduq. "Neftçi"ni təbrik edirəm,yaxşı oyun göstərdilər. Onlardan daha üstün idik".

- "İmişli" bu gün Bakıya qələbə üçün gəlmişdi, yoxsa bir xal da kifayət edəcəkdi?

- Oyundan qabaq həmişə futbolçularla danışanda, onları qalibiyyətə yönəldirik. Əgər rəqibimiz bizdən daha güclü oyun göstərəcəksə, məqsəd uduzmamaqdır. "İmişli" üçün hər bir xal qazancdır. Üç xal fantastik nəticədir. Futbolçulara hər oyundan qabaq qalib gəlmək mentaliteti yönəldilir.

- Xarakteri kənara qoysaq, "İmişli" nəyin hesabına qalib gəldi? Sizdə nə var idiki, "Neftçi"də yox idi?

- "Neftçi" barədə yox, öz komandam barədə danışa bilərəm.

- "Neftçi"yə qarşı birinci və bugünkü oyunu necə müqayisə edərdiz?

- Birinci oyunla bugünkü oyun arasında fərq çox böyükdür. Çünki bizə mövsümün əvvəlində yeni komanda qurmaq üçün böyük iş lazım idi. Komanda I Liqadan gəlmişdi, hazır deyildi. Onda tam fərqli "İmişli" idi. Artıq 4 ay keçib və komanda öz oyununu tapıb. "Neftçi" ilk komanda deyil ki, biz 3 qol vururuq. İndi "İmişli"nin məqsədləri daha yüksəkdir. Qol vurmaq və hücumameyilli oyun göstərmək niyyətimiz var.

- Son dəqiqələrdə iki legioner hücumçunuzu yerli futbolçu ilə dəyişdiz. Sanki onda özünüz də 2:2 hesabına razılaşmışdınız?

- Burada xal məsələsi deyildi. Almeyda və Juninyo oyun ərzində çox qaçdılar. Fiziki cəhətdən komandanı yeniləmək lazım idi. "Neftçi"nin keyfiyyəti yüksəkdir. Sonlarda onların çox şansı var idi. Ona görə dəyişiklik etdik ki, fiziki və mental cəhətdən müqavimət göstərə bilək.

- Qışda rəhbərliklə söhbət edəcəksiz ki, komandaya yeni transferlər cəlb edilməsi üçün büdcə artırılsın?

- Qışda oyunçuları almaq daha çətin olur. Adətən də bizim kimi komanda üçün. Biz "Qarabağ", "Neftçi" səviyyəsində deyilik ki, bahalı oyunçuları ala bilək. Bu barədə düşüncələr yoxdur. Avrokuboklar filan, hətta dördlüyü də düşünmürük. Yeni yaranmış komandayıq. Əsas məsələ odur ki, stabilliyi qoruyaq və potensialları ortaya qoyaq. Texniki heyət, məşqçilər oyunçuları maksimum səviyyəsini qaldırmağa çalışırlar. Məqsədimiz odur ki, bu mövsüm Premyer Liqada stabil komanda olaq. Ona görə də, qışda oyunçu almaq barədə düşüncələr yoxdur. Hazırkı komandanı maksimuma çıxarmaq istəyirik.

- Bəs, ölkə kubokuna yanaşmanız necə olacaq? Növbəti rəqibiniz kubokun sonuncu qalibi və bu mövsüm Premyer Liqada məğlub etdiyiniz "Sabah"dır...

- Biz oyunçularımızı hər matçdan qabaq qələbəyə hazırlayırıq. Hər matçda qalib gəlmək istəyirik. Favorit "Sabah"dır. Onlar görür ki, biz "Neftçi"ni uda biliriksə, daha da diqqətli hazırlaşacaqlar. Böyük komandaların məqsədləri kuboku qazanmaq, Avropaya getməkdir. Bizim məqsədimiz oyundan-oyuna növbəti görüşü düşünməkdir.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

00:38

La Liqa klubunda yeni müqavilə - RƏSMİ

00:23

"Qarabağ"dan növbəti transfer: Portuqaliyadan oyunçu gəlir

23:12

“Arsenal”ı “Bornmut”a dəyişə bilər

22:27

Avstriya millisində yeni müqavilə

21:54

Millilərimiz Avropa Kubokunun seçmə mərhələsində yarımfinal oyunlarında mübarizə aparacaq

21:31

“Barselona”nın futbolçusu Fransa klubunun radarında

20:57

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

20:22

Avarçəkənlərimizdən Dünya Kubokunda bürünc medal

19:58

Yaya Ture Slovakiya klubunda - RƏSMİ

19:33

“Liverpul”un futbolçusu Premyer Liqada klubunu dəyişə bilər

18:54

Atletika üzrə ölkə çempionatına yekun vurulub

18:23

Braziliya millisinin sabiq üzvü VƏFAT ETDİ

18:00

DÇ-2026-da yeni rekord

17:30

"Arsenal" 40 milyon ödəməyə hazırdır

17:07

İnfantinonun zarafatından narazı qaldılar

16:46

Bundesliqa klubunun danışıq apardığı mütəxəssis

16:23

Mundialda tarixi nailiyyət

16:00

Dünya çempionatından sonra ayrılıq

15:45

Kyeza ölkəsinə qayıda bilər

15:29

Ronaldonu geridə qoydu

15:05

“Titulu qazanmaq üçün buradayıq”

14:44

“24 ildir gözlədiyimiz oyundur”

14:14

"Liverpul"dan London klubuna?

13:53

"Futbolçular böyük tərifə layiqdirlər"

13:43

“Turan Tovuz”a 3 milyonluq sponsor dəstəyi gəlir

13:26

"Şəfa"da yeni müqavilə - RƏSMİ

13:03

İngiltərə millisi üçün xoşagəlməz hadisə

12:35

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

12:12

25 milyonluq təklif

11:51

Təlim-məşq bazasının yaxınlığında cəsəd tapıldı

11:27

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

11:01

Levandovski ABŞ yolunda

10:49

Klub məşhur futbolçu ilə vidalaşdı

10:30

Futbol tarixində ilk

10:10

"Real" futbolçusunu bu ölkənin klublarına təklif etdi

09:50

Neymar ilk oyunu buraxacaq

09:29

PSJ "Monako"nun futbolçusunu istəyir

09:00

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

00:58

DÇ-2026: Ev sahibi Bosniya və Herseqovina ilə bacarmadı - YENİLƏNİB

23:56

MOK-un nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir

23:12

“Sabah”dan növbəti transfer - RƏSMİ

22:57

“Arsenal”ın futbolçusu “Beşiktaş” yolunda

22:27

Yaponiya millisinin üzvü Bundesliqa klubunda

21:56

“Yuventus”da rəhbər dəyişikliyi

21:39

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

20:54

Atletika üzrə ölkə çempionatına start verilib

20:42

Qış İdman Növləri Federasiyasının nümayəndələri FİS-in Beynəlxalq Xizək Konqresində iştirak ediblər

20:23

İtaliya klubunun yeni baş məşqçisi bəlli oldu

19:58

“Gəncə”dən yeni transfer

19:37

30 yaşlı hücumçu yenidən “Porto”da

19:28

AFFA-da klub nümayəndələri ilə görüş keçirilib

18:56

A Seriyası klubunda yeni təyinat - RƏSMİ

18:31

Millimiz Çində Dünya Kubokunda çıxış edəcək

18:00

"Barselona"dan Torres qərarı

17:30

"Sabah"ın yeni transferi üçün ödədiyi məbləğ

17:07

MLS klubu fransalı futbolçu ilə razılığa gəldi

16:45

"Arsenal"ın yeni transfer hədəfi

16:16

Bellinqemin mövqeyi dəyişə bilər

16:00

“Tanqoçular”da dəyişiklik

15:45

Bölgə klubunda ayrılıq

15:28

Müqavilələrlə bağlı yeni tələb

15:05

Martinesin durumuna aydınlıq gəldi

14:50

Boş tribunalara görə tənqid

14:30

PSJ-nin satmaq istədiyi futbolçu

14:04

"Qalatasaray" PSJ-nin futbolçusu üçün hərəkətə keçdi

13:49

Məşhur futbolçunun oğlu "Liverpul"la müqavilə bağladı

13:25

"Sumqayıt"ın futbolçusu uzun müddət sıradan çıxdı

13:03

FIFA-dan milliyə qadağa

12:48

Koreyalı futbolçu üçün danışıqlar başladı

12:19

"Şəfa"dan növbəti transfer - RƏSMİ