
DÇ-2026 seçmə mərhələsinə yekun vuruldu.
Millimiz son oyununda Fransanı qəbul etdi. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatdı - 1:3.
Matçla bağlı Vaqif Cavadovun fikirlərini öyrəndik. Mütəxəssis Sport1.az-a açıqlamasında oyunla bağlı bunları söylədi:
"Tofiq Bəhramov adına Respublika stadionunda möhtəşəm atmosfer vardı. Yığmamız erkən qolla hesabı açdı. Buna rəğmən, rəqibin futbolçularının ustalıq səviyyəsi öz sözünü dedi. Fransızlar güclü təzyiq edərək 3 dəfə qapımıza yol tapıb Bakıdan qələbə ilə ayrıldılar. Buna rəğmən, ölkəmizin əsas komandası yaxşı 90 dəqiqədə yaxşı mübarizə apardı. Həmişə millimizdən uğurlu nəticələr gözləyirəm. Ümidli olmalı, futbolumuzdakı ekosistemi genişləndirməli, inkişaf etdirməliyik. Hesab edirəm ki, azarkeşlər maraqlı görüşə şahidlik etdilər və zövq aldılar".
Gənc məşqçi AFFA-nın Ayxan Abbasova etimad göstərməli olduğunu bildirdi:
"Gəlin, Santuş ilə Ayxan müəllimin oyandığı futbola və döyüşkənliyə baxaraq müqayisə edək. Bəli, böyük nəaliyyətlərimiz yoxdur, amma futbolçularımızda psixoloji tənəzzül aradan qalxıb, ruh yüksəkliyindədirlər. Meydanda döyüşür, qol imkanları yaradır, rəqib qapıçıları məyus edirlər. Reallığı kənara qoymamalıyıq. Belə olsa, Ayxan Abbasovun zəhmətini yerə vurmuş olarıq. Həmişə istəmişəm ki, Azərbaycan A seçməsində yerli mütəxəssislərimiz işləsin. Ona görə də Ayxan müəllimə etimad göstərilməlidir. Düşünürəm ki, onun rəhbərliyi altında inkişafa nail ola bilərik".
MİRZƏ S.