22:10 18.05.2025 176

Qurban Qurbanov: “Biz şərait yaradırıq”

Misli Premyer Liqasının 35-ci turunda "Qarabağ" "Kəpəz"i 3:0 hesabı ilə məğlub etdi.

Sport1.az xəbər verir ki, görüşdən sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında çıxış etdi.

Mütəxəssis qələbə haqda bunları söylədi:

"Futbolçularıma təşəkkür edirəm. Çox faydalı, keyfiyyətli oyun oldu. Biz bir neçə tur əvvəl çempion olsaq da, bu gün bunu daha çox hiss etdik. Haqq etdikləri medallara bu gün qovuşacaqlar. Bizim üçün çox xoş gündür. Futbolçularımı ürəkdən təbrik edirəm. Stadiona gələn hər azarkeşə təşəkkür edirəm. Azər Bağırov və "Kəpəz"ə uğurlar arzu edirəm".

- Müdafiənin sol cinahında Nəriman Axundzadəni oynatdınız. Səbəbi nə idi?

- 6-7 milli oyunçulara istirahət vermişdim. Məşqlərdən də onları azad etmişdim. Çünki onlar milliyə yollanacaqlar. Həm azərbaycanlılar, həm də legionerlər də var. Sistemdə bir az dəyişiklik etmişdim. Nərimana sol hücumçusu kimi də tapşırıq verilmişdi. Bəzən müdafiəyə kömək edirdi. Proqramımıza görə, belə dəyişikliyə əl atmışdıq.

- Legioner limiti yığışdırıldıqdan sonra daha çox legionerlərə şans verəcəyinizi gözləmək olardı. Amma bu gün gənc oyunçuya da şans verdiz. "Qarabağ" gənc, perspektivli oyunçulardan əl çəkməyəcək?

- Biz həmişə bacarıqlı yerli oyunçulara şans vermişik. Yaxşıdırsa, meydana buraxırıq. İstənilən futbolçu üçün şərait yaradılır ki, əsas komandada məşq etsin, oynasın. Hikmət Cəbrayılzadə son 10 gündür ki, əsas komandadadır. Aftandil Hacıyev onun və Amin Rzayev haqda məlumat vermişdi. Biz şərait yaradırıq. Fərqi yoxdur legioner limiti olacaq, ya yox. Çox istəyərdim ki, meydandakı dəqiqələri daha çox olsun. Son vaxtlarda bəlkə bizdə çətin olar. Çempionuq, lider komandayıq, bizdən tələblər də çoxdur. Rotasiya etməyə vaxtımız olmur. O da ayrıca fəlsəfədir. İllər əvvəl belə hallar olub. Nəticədən asılı olmayaraq, yerlilərə üstünlük vermişik. avrokuboklarda 10 azərbaycanlı ilə oynamışıq. Özümüz də, Azərbaycan futbolu da bunun faydasını görüb. Biz daim onları möhkəmləndirməyə çalışırıq. Böyük futbol oynamaq üçün daha dözümlü olmalıdırlar. Şərait yaradacağıq. Hikmətə ona güvənimiz olduğunu göstərdik. Öz üzərində çox çalışmalıdır. Fiziki gücünü və faydalı iş əmsalını artırmalıdır. Belə uşaqlar görəndə, həm sevinirəm, həm də məyus oluram. Onlara daha çox şərait yarada bilmirəm. Bəzən fikirləşirəm ki, hər şeyi kənara qoyub gənclərlə çalışasan. Ancaq bəzi məsuliyyətlər var. Klub olaraq onu da qoruyub-saxlamalıyıq. İmkan olduqca, belə oyunçulara şans verəcəyik.

- "Qarabağ"ın illik maliyyə hesabat açıqlandı. Sponsor tərəfindən ayrılan məbləğ sanki az görünürdü. Sizcə, belə deyil?

- Orada elə görünür. Amma ümumən gələn pullar hamısı "Azərsun"un, klubun pullarıdır. Avrokuboklarda 10 milyon yox, 5 milyon gəlsə də, lazım olduqca, sponsordan götürürük. Təkcə Avropadan gələn pul yoxdur, futbolçu satışından da pul gəlir. Lazım olduqca, sponsorlarla dil tapacağıq.

- Juninyonu icarəyə götürmək istəyərsiz?

- Hələ ki belə məlumat və söhbət yoxdur. Buradan gedən futbolçu olsa belə, bizə faydalı olacaqsa, onun geri qayıtmasına yox deməmişik. Juninyonun "Flamenqo"da işi bu gün yaxşı getmirsə, bu o demək deyil ki, belə davam edəcək. Onunla son dəfə zədə aldığı vaxtda danışmışdıq. Onun oyunlarını izləyirəm. "Flamenqo" böyük klubdur. Juninyo ilə danışığımız olmayıb.

- Bu mövsüm yaddaqalan nə oldu?

- Çempionluğumuzun üzərinə bir çempionluq da gəldi. Avrokuboklarda bu ilimizi uğursuz sayılır, çox fikirlər söylənilirdi. Amma çempionatda yerimizi qoruyub-saxlaya bildik. Bəzi səhvlərimiz, formadan geridə qaldığımız vaxtlar oldu. Bəzi futbolçularla dialoq hesabına komandanı ələ ala bildik. Çempionat və kubokda qaldıq. Hər çempionluq bizim üçün yaddaqalandır. Xeyli rotasiyalar etdik.

- İcarədə olan futbolçulardan kimsə geri qayıdacaq?

- Bu barədə ftbolçularla və klublarla danışmamışıq. Mövsümün sonuna qədər bu barədə məlumat veriləcək.

- Çempionatımızın səviyyəsi yüksəlib, yoxsa aşağı düşüb?

- Biz heç vaxt aşağı düşməsi barədə düşünmürük. İldən-ilə insan faktoru dəyişir, elm inkişaf edir. Ayrı-ayrılıqda fərdi planda bəzi futbolçuların səviyyəsi aşağı düşürsə, iş rejimi artır. Çox nadir oyunlar olub ki, çox rahat qalibiyyət əldə etmişik. Hər oyunda çətinlik var. Düşünmürəm ki, çempionatın səviyyəsi aşağı düşüb. Premyer Liqanın oyunlarının keyfiyyəti süni örtüklü meydançlardakı oyunlarda aşağı düşür. Özü də, günorta saatlarında oynayırıqsa...Yerli məşqçilər nə qədər inkişaf edib. Oyunlarda hiss edirəm. Bizə qarşı sistemlər təşkil edirlər, bizi əks-hücumlarda tururlar. Bu mövsüm mənim üçün faydalı oldu. Hər bir məşqçinin, komandanın irəliləyişini görürəm, nəinki əksini.
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

22:13

DÇ-2026: İngiltərə 1/8 finalda

21:58

“Qarabağ”dakı kardinal dəyişikliklərin səbəbi budur - MÜTƏXƏSSİS RƏYİ

21:13

“Sabah”dan növbəti transfer - RƏSMİ

20:57

Millimiz Tacikistanı məğlub etdi

20:33

Yığmamızın ev oyunlarının məkanları açıqlanıb

20:13

“Sabah”dan ayrıldı - RUSİYA KLUBUNA KEÇDİ

19:52

Diniyev “Kəpəz”də - ÖZÜ AÇIQLADI

19:23

DÇ-2026: İngiltərə - Konqo - HEYƏTLƏR

18:58

Yardımlıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

18:26

“Neftçi” səfər formasını təqdim etdi

18:00

Gəncə təmsilçisində yeni müqavilə

17:50

Tanınmış futbolçu klubsuz qaldı

17:31

Niderland millisi Arne Slota tapşırılır?

17:26

"Şəfa"dan ilk legioner transferi - RƏSMİ

17:07

"Beşiktaş"da ayrılıq - RƏSMİ

16:50

"Qarabağ" böyük hesabla uduzdu

16:29

Klub tarixinin transfer rekordu

16:15

İdmançılarımızın yeni reytinqi - SİYAHI

16:06

"Liverpul"dan transfer - RƏSMİ

15:47

"Barselona"da yeni müqavilə - RƏSMİ

15:31

Türkiyə klubu ölkə çempionatında iştirakdan imtina etdi

15:05

Millimizin oyunlarından biri Bakıda, digəri Gəncədə

14:50

17 qolsuz oyun

14:27

UEFA "Çelsi" və "Nyukasl"ı cərimələdi

14:04

Dünya çempionatında 1/8 final üçün daha üç oyun

13:49

“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri

13:31

"Liverpul" və "Arsenal" istəyir, PSJ yox deyir

13:03

AFFA rəsmisinə növbəti təyinat

12:50

Ən çox cəzalanan komanda və futbolçu

12:28

MPL-in ən yaşlı və gənc futbolçusu

12:02

Qazaxıstanda iki medal

11:49

Bakıda Çempionlar Gecəsi keçiriləcək

11:31

6 qat Fransa çempionuna ağır sanksiya

11:01

Mbappe Messini geridə qoydu

10:50

PFL-dən ənənəyə davam: 2025/26 mövsümündə MPL-in hesabatı

10:29

40 ildən sonra

10:01

Ronald Kuman istefa verdi

09:45

“Qarabağ” bu gün iki yoxlama oyunu keçirəcək

09:15

DÇ-2026: Meksika rəqibinə şans vermədi

09:00

Fransa darmadağınla 1/8 finalda

00:28

Portuqaliya millisinin üzvü “Milan”da - RƏSMİ

23:58

“Neftçi”nin rəqibləri müəyyənləşdi

23:36

Ölkə çempionatına yekun vurulub

22:58

DÇ-2026: Norveç 1/8 finalda

22:31

UEFA “Fənərbaxça”nı cərimələdi

21:34

“Səbail”dən növbəti transfer - RƏSMİ

21:34

“Zirə” Türkiyə klubuna məğlub oldu

20:57

Cüdoçularımızdan Avropa Çempionatında daha iki medal

20:32

Braziliya millisinin üzvü Niderland klubunda

20:13

DÇ-2026: Fildişi Sahili - Norveç - HEYƏTLƏR

19:32

Fərid Qayıbov ”UFC Fight Night“da çıxış edən Azərbaycan idmançıları ilə görüşüb

19:15

“İnter”də üç ayrılıq - RƏSMİ

18:48

Bakıda "Təmiz idman uğrunda" forumu keçirilib

18:23

“Səbail”dən növbəti transfer - RƏSMİ

18:00

İtaliya nəhənginin istədiyi müdafiəçi

17:41

Bölgə təmsilçisindən "Səbail"ə

17:25

"Sabah"da ayrılıq - RƏSMİ

17:16

I və II Liqanın başlayacağı tarix

17:07

PSJ-də yeni müdafiəçi

16:49

İbrahimoviç Kumanı sərt tənqid etdi

16:27

"Neftçi" hazırlığın ikinci mərhələsinə start verdi

16:06

İtaliya klubunda ayrılıq

15:50

Millimizin futbolçuları məşqçiliyə başlayır

15:28

"Monako"nu İngiltərəyə dəyişirlər

15:05

"Bravo"dan "Qəbələ"yə transfer - RƏSMİ

14:48

Millilərimiz EEVZA çempionatında

14:30

Asim Xudiyevə UEFA-dan təyinat

14:04

Braziliyalı oyunçu Gəncə klubunda - RƏSMİ

13:50

Ölkədə istirahət günü elan edildi

13:29

Azərbaycanda şəhərin iki klubu birləşdirildi