son dəqiqə SON DƏQİQƏ
Maradonanın məşhur qolunun topu 3,3 milyon dollara alındı BOS-da Təhlükəsizlik konfransı keçirildi FİDE rəsmisi Afrikada vəfat edib “Nitsa”dan “Hamburq”a Azərbaycan millisi pley-offa yüksəldi I Liqada klubunu dəyişdi Velko Simiç: “Biz böyük komandayıq” Bakıdakı mundialın hakimləri müəyyənləşib Dambrauskas: “Ötən görüşdəki səhvlərdən nəticə çıxarmışıq” “Səbail” toplanışı qalib başa vurdu MPL: III turun oyun cədvəli açıqlanıb “Hapoel”in qapıçısı: “Tamamilə bu oyuna köklənmişik” “Hapoel”in baş məşqçisi: “ Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik” I Liqa klubundan yeni transfer Bakıda SUP üzrə turnir keçirilib Bölgə klubunda yeni baş məşqçi AÇ: Niderlanddan ikinci qələbə Millimizin sabiq üzvü Azərbaycandan getdi, bu klubla müavilə imzaladı Avropa Birinciliyi: Kamran Xappayev Kosovoda bürünc medal qazanıb Dünya Çempionatı: İdmançılarımız yarışı 2 medalla başa vurub Poznan şəhərində ölkəmizi təmsil edəcək idmançının adı açıqlanıb Misli Premyer Liqasında çıxış etmiş oyunçu bu klubla müqavilə imzalayıb Mahmud Qurbanov millidə - Milli üzvü sonradan oyuna daxil oldu, komandası heç-heçə etdi "Sabah"la kritik qarşılaşmada neçə "Hapoel" azarkeşi Bakıya gələcək? "Turan Tovuz" azarkeşləri bu dəfə də diqqət mərkəzində - "Gəncə"də 3 ayrılıq - Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək -

Qəzənfər Abbasov: "Hakimlərin öz, bizim ayrı işimiz var" - MÜSAHİBƏ

Bölmə adı II Liqa
Yayımlandı 24-09-2025, 17:18

"Qaradağ Lökbatan"ın baş məşqçisi Qəzənfər Abbasov Sport1.az-a müsahibəsi…

- Çempionluq yolunda əsas rəqiblərinizdən olan "Şəki"ni məğlub etdiniz. Qarşılaşma ilə bağlı fikirləriniz maraqlıdır...
-Bir həftə ərzində rəqibi maksimum təhlil edərək onların güclü-zəif tərəflərindən xəbərdar olaraq hazırlıq keçdik. Buna rəğmən, çox çətin oyun alındı. Şəkililərin heyətində təcrübəli və güclü futbolçular çoxdur. Meydanda sona kimi mübarizə apararaq qalib gəldik.

- İlk yarıda daha dominant oynadınız, amma fasilədən sonra rəqib tədricən üstünlüyü ələ alaraq 2 dəfə qapınıza yol tapdı. Nə baş verdi?
-Arxayınlıqdan söhbət gedə bilməz. Düşünürəm ki, başabaş səviyyədə oyun getdi. Rəqibin heyətində topla yaxşı rəfdar edən və qol vurmağı bacaran futbolçular var. Bacardığımız qədər meydan sahiblərini topsuz qoymağa, əlimizə düşən fürsətlərdən maksimum yararlanmağa çalışdıq. Buna rəğmən, rəqib qapımıza iki dəfə yol tapa bildi. Bir daha deyirəm, başabaş oyun alındı. Biz daha çox qol vurduq və hesabda üstünlüyümüzü qoruya bildik.

- “Şəki”nin hesab bərabərləşdirməsindən qorxmurdunuz?
- Rəqib ilk qolu vuranda bir qədər çaşqınlıq yarandı. İsanın qırmızı alması, Sabirin zədələnərək əvəzlənməsi işimizi bir qədər çətinləşdirdi və irəli də təzyiq göstərə, top saxlaya bilmədik. Şəkililər də bundan istifadə edərək hesabı mininuma endirdilər. Amma qələbə inamımızdan qopmadıq və sona kimi döyüşdük.

- Futbolçularınız hakim idarəçiliyindən şikayətləndilər, hətta oyunçularınızdan İsa Zeynallı qırmızı vərəqə alaraq qovuldu. İdarəçilikdən razı qaldınız?
- Hakimlərin öz, bizim ayrı işimiz var. Referilərin qərarlarını müzakirə etməyi sevmirəm. Ola bilər ki, idarəçilikdə hansısa cuzi səhvlər, nöqsanlar olsun. Bir reallığı qəbul edək - VAR olanda da həmin səhvləri baş verir. Belə məsələlərin üstündə dayanmaq lazım deyil. Hesab edirəm ki, referiləri oyunu yaxşı idarə etdilər.

- Qırmızı vərəqə alan İsa Zeynallı ilə bağlı hansısa tədbir görəcəksiniz?
- "Şəki" ilə oyunda yaxşı mübarizə aparanlardan və qələbəyə ac olanlardan idi. Ona da təşəkkür edirəm. Futbolda sarı-qırmızı vərəqələr də olur. Hər sarı alan, qovulan futbolçuya cəza vermək də düz deyil.

- Sabir Allahquliyevin zədəsi nə dərəcədə ciddidir?
- Hələ dəqiq diaqnoz qoyulmayıb. Həkim müayinəsi və rentgendən sonra məsələ aydınlaşacaq. Amma düşünürəm ki, çox ciddi bir şey yoxdur. Yəqin ki, növbəti matçlarda Sabir bizə kömək edəcək.

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR