son dəqiqə SON DƏQİQƏ
Karyerasını İspaniyada davam etdirəcək Bernardu Silva: “Real”a “yox” demək mümkün deyildi” A Seriyasında klubunu dəyişdi Bundesliqadan La Liqaya Cənubi Koreya millisinin üzvü “Turan”da “Sumqayıt” “İmişli”yə məğlub olub Şeydayevin yeni klubu bəlli oldu Yardımlıda ölkə çempionatı keçiriləcək 36 yaşlı yarımmüdafiəçi “Çelsi”də “Neftçi”də yeni müqavilə ABŞ Poçettino ilə bağlı qərarını verdi “Turan Tovuz” Türkiyə klubunu darmadağın edib “Xankəndi”dən yeni transfer Velosipedçimiz Çində beynəlxalq turnirin çempionu olub Premyer Liqa klublarının yay transferləri "Sumqayıt"da yeni hücumçu Nazir medalçılarla görüşüb "Zirə" Konate ilə vidalaşdı - Konfrans Liqası: "Qarabağ"ın pley-offda potensial rəqibləri bəlli oldu Əmirquliyev yenidən "Səbail"də Avropa Liqası: "Trabzonspor"un play-offda potensial rəqibi bilindi AL: "Sabah" "Orhus"a məğlub olsa... "Turan Tovuz" üçün sonuncu sınaq Hazırlığın son mərhələsi başladı: Yığma 2 yoxlama matçına çıxacaq Əsas mərhələyə gedən yolda Türkiyə klubunun daha bir rəqibi bəlli oldu "Sabah"ın pley-off mərhələsində potensial rəqibi müəyyənləşib Bakıda mükafat fondu 5 min dollar olan beynəlxalq yarış keçiriləcək Azərbaycan millisinin Şamaxıda təlim-məşq toplanışına start verilib

İslandiya Futbol Federasiyasının uğurlu layihəsi olan "Qarabağ"ın rəqibi - YAZI

Bölmə adı Yazı / Manşet
Yayımlandı 16-06-2026, 21:06

"Qarabağ"a Avropa Liqasının I təsnifat mərhələsində çox asan rəqib düşdü. "Vestri" Ağdam təmsilçisinə boy göstərəcək komanda deyil.


Təsəvvür edin ki, "Qarabağ"ın rəqibi bizim "Mingəçevir", "Səbail", "Şahdağ Qusar", "Baku Sportinq", MOİK, "Cəbrayıl"dır. "Vestri" İslandiya 2-ci liqasında çıxış edir.


AL-də nə gəzirlər? Çünki 2025/26 mövsümündə İslandiya Kubokunun qalibi olub. Püşk nəticəsində də "Qarabağ"a rəqib oldular.


Təxminən 2 milyon manat büdcəsi olan II Liqa təmsilçisi necə kubokun qalibi olub?


Çünki İslandiyanın 2-ci Liqasında mənasız legioner limiti yoxdur. Komandalar istənilən sayda xarici oyunçu ilə müqavilə bağlaya və onları oyuna çıxara bilərlər. Federasiya tərəfindən klubların qarşısına meydanda və ya ərizədə xarici oyunçu sayına görə heç bir məhdudiyyət qoyulmayıb. Bunun sayəsində də 2-ci Liqa klubları ölkə Kubokunun qalibi olurlar.


Bəs necə olur ki, İslandiya millisi Azərbaycandan güclüdür? Onlar nətər yığmada oynamağa futbolçu tapırlar? Niyə islandlar Avropanın nəhəng klublarında çıxış edirlər?


Çünki İslandiya Futbol Federasiyasını özünü intellektual adlanan zümrə idarə etmir. Qurum klubların qarşısına şərt qoyub ki, iştirak ərizəndə öz yetişdirdiyin futbolçu mütləq olmalıdır. Bu səbəbdən də ölkədə kifayət qədər normal oyunçu yetişir. Onlar da Avropaya axın edirlər.


İLKİN SULTANLI

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR