14:28 30.09.2025 93

Qurban Qurbanov: "Məsuliyyət olduqda istənilən uğuru əldə etmək olar"

"Sevindirici haldır ki, böyük turnirin, böyük futbolun Bakıda ilk oyunu keçiriləcək. Həm sevincli, həm də çox həyəcanlı, məsuliyyətliyik. İlk oyun olduğu üçün bilirik ki, diqqət çoxdur. Azərbaycanın hər bölgəsində matça maraq böyükdür. Bu oyuna bacardığımız qədər yaxşı hazırlaşdıq. Vaxtımız az idi. Bu gün imkanımız olacaq ki, bir az da hazırlaşaq. Yaxşı və ciddi komandaya qarşı oynayırıq. İnanıram ki, futbolçularım öz qabiliyyətləri və bacarıqları ilə yaxşı mübarizə aparacaq, azarkeşlərimizi sevindirməyə çalışacaqlar".

Sport1.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci turunun "Kopenhagen"lə matçından öncə keçirilmiş mətbuat konfransında deyib.

O, sabah baş tutacaq matç haqda fikirlərini bildirib və jurnalistlərin suallarını cavablandırıb:

- Azərbaycansayağı qol çoxdandır ki, görmürük. Bunu sabah və növbəti matçlarda görə bilərik?

- Rəqibimizin imkan verəcəyi dərəcədə bunu edəcəyik. Bütün rəqiblər buna hazırdır. O qədər təkrar olunub ki, rəqiblər bunu bilirlər. Hər şey ola bilər.

- "Benfika" üzərindəki qələbədən sonra Avropa və dünyanın diqqəti "Qarabağ"dadır. Komanda bu məsuliyyətdən çıxmağa hazırdır? Təzyiq komandaya təsir edir?

- İnanın ki, həmişə belə anlarda çox sevinirəm. Çünki əgər Avropa və dünya fubtolunun "Qarabağ"a diqqət varsa, bu, Azərbaycana olan diqqətdir. Azərbaycanla daha yaxından maraqlanırlar. Bəli, bu gün ola bilər ki, futbolda uğurlarımız, nəticələrimiz elə də ürəkaçan deyil. Ancaq belə qalibiyyətlər futbolu daha çox sevdirir, futbolçularımıza inam verir. Futbola yatırım qoymaq istəyən insanlarda inam və həvəs yaradır. Futbol idmanın şahıdır. Buradakı qələbələr illər boyu danışılır. Xüsusilə də, böyük nailiyyətlər. İlk olaraq bunu düşünürəm. Bunu düşünərək də, futbolçulara deyirəm ki, bu fikirlərlə meydana çıxaq. Belə hallarda məsuliyyət daha da çoxalır. Ən vacibi odur ki, hamınız bura inamlı gəlirsiz. Həyəcan mütləq olur. Məsuliyyət olduqda istənilən uğuru əldə etmək olar. Bəlkə oyunun əvvəlindən... Allah qoysa, olmaz. Bəlkə ilk dəqiqələrdə həyəcan ola bilər. İdman elədir ki, işin içinə girdikcə, qorxu, həyəcan yox olmağa başlayır. Bəzən uduzursan, yıxılırsan. Yavaş-yavaş həyəcan yox olur. Vacibdir ki, bunu dərk edərək meydana çıxasan. 90 dəqiqə qorxu olsa, böyük problem yaradar. Allaha şükür bizdə elə bir şey yoxdur.

- 2017-ci ildə Çempionlar Liqası matçları BOS-da keçirildi. Tofiq Bəhramov adına Respublika Stadionunun durumu necədir? Bu stadion komanda üçün daha rahatdır?

- Elə bir şey var. Bəlkə futbolçular özlərini daha rahat hiss edirlər. Əsas Bakıda olmağımızdır. Bəlkə BOS-da da oyunları keçirə bilərdik. Orada lazım olsaydı. Geniş arenanı Avropaya göstərməyimiz faydalı iş olardı. Meydança amili rol oynayır. BOS-da da olsaydı, məsuliyyət eyni qalacaqdı.

- Stadionun ot örtüyü nə yerdədir?

- Normaldır. Nə qədər yaxşı görünməsə belə, həmişə razı qalmışıq. Başa düşürük ki, elə period olur, istədiyini əldə edə bilmirsən. İqlimdən də çox şey asılıdır. Bizim şəhər fərqli iqlimdədir. Buna baxmayaraq, əvvəlki illərə baxanda, daha yaxşı duruma doğru gedir.

- Marko Yankoviçin əvəzinə hansı futbolçu oynayacaq?

- Təxmini bilirəm. Amma yenə də axşamkı məşqdə bir neçə rotasiya edəcəm.

- 2017-ci ildəki "Kopenhagen"lə indiki arasında hansı fərq var?

- Bu klubun üstünlüyü ondadır ki, öz oyun fəlsəfəsindən əl çəkmir. 2017-ci ildən bu yana sistemlərində dəyişiklik olmayıb. Çox nadir hallarda bəzi rotasiyalar edirlər. Üstünlükləri də budur. Çalışırlar ki, onu illərlə daha da təkmilləşdirsinlər. Bu da onların sabit nəticələrinə gətirib çıxarır. 2017-ci ildəki futbolçuların bəzi xüsusiyyətlərində builki ilə fərq ola bilər. Daha texnikalı oyunçuları var. Klubun fəlsəfəsi həmişə yerində qalır. Bu da yaxşı nəticələrə gətirib çıxarır.

- "Qarabağ" "Kopenahgen"ə qalib gəlməyin yolunu tapıb?

- Qalib gəlməyin düsturu olur. Bütün rəqiblərə qarşı. İstənilən rəqibə qalib gəlmək üçün hazırlaşırıq. Rəqibdən də çox şey asılıdır. Amma bacardığımız qədər hazırlaşmışıq. Çalışacağıq ki, qalibiyyət üçün artığını da edək. Ancaq qarşımızda "Kopenhagen" var. Onların da göstərəcəyi oyuna hazır olmalıyıq.

- “Kopenhagen”lə oyunu xatırlayırsız? Rəqib sizin üçün hansısa problemləri yarada bilər?

- Həmişə çox istəmişəm ki, Bakıdakı matçlarda qonaqlar çox olsun, xüsusilə də jurnalistlər. Bakımızla yaxından tanış olsunlar. “Kopenhagen”lə 2017-ci ildə orada oynaydan şəhəri çox bəyənmişdim. Xatirimdə qalan ən öndə olan şəhərlərdən biridir. Rəqibə gəldikdə, üstün cəhətləri çoxdur. Çünki sistemli bir oyun oynayırlar. Bu, bir tərəfdən asandır. Rəqibinizin nə etmək istədiyini biləndə, qarşısını almaq asandır. Amma tapşırıqları futbolçuların yaxşı yerinə yetirməsi problem ola bilər. Təhlillər edib komandaya demişik. Sabah oyunun gedişatında meydanda taktiki savaş gedə bilər. Hər bir halda böyük istəklə, böyük diqqətlə oynayacağıq. "Kopenhagen" elə rəqibdir ki, nəticədən asılı olmadan, oyundan həzz ala bilərəm. Ola bilər ki, 90 dəqiqə sırf meydannın içində olum. Rəqibin bəzi dəyişiklikləri, sürətli hücumları, bəzi mövqe hücumları bizə problemlər yarada bilər. Hamımız 90 dəqiqə oyunun içində olmalıyıq ki, rəqib bizim üçün problem yaratmasın.
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

01:05

DÇ-2026: Ev sahibi açılış matçını qalib başa vurdu

23:58

DÇ-2026: Argentina millisinin heyətində dəyişiklik

23:27

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat alıb

22:57

“Benfika”nın hücumçusu Türkiyə yolunda

22:24

Mourinyo yenidən “Real”da - RƏSMİ

21:47

DÇ-2026: Açılış mərasimi başlayıb

21:37

Millimizin üzvü dünya reytinqinin zirvəsində

20:58

Premyer Liqaya yüksəldi - LOQOSUNU DƏYİŞDİ

20:38

I Liqa klubunda yeni müqavilə

20:23

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

19:58

Millilərimizin rəqibləri bəlli oldu

19:27

“Lill”in futbolçusu “Sabah”da - RƏSMİ

19:04

“Sabah”dan “Zirə”yə - RƏSMİ

18:54

“Şamaxı”dan növbəti transfer - RƏSMİ

18:15

Daha bir klub avrokubok oyunlarını Sumqayıtda keçirəcək - ÖZƏL

18:00

Bundesliqa təmsilçisindən transfer

17:32

İran mundial oyunlarını boykot edə bilər

17:31

"Qarabağ"da İdarə Heyətinin iclası keçirildi

17:07

Premyer Liqaya yüksələn klub baş məşqçini göndərdi

16:48

Ölkə çempionatı keçiriləcək

16:29

"Mançester Siti" sabiq futbolçusunu istəyir

16:12

"Karvan-Yevlax"da daha iki ayrılıq

16:06

Premyer Liqa klubu cərimələndi

15:45

"Beşiktaş"dan 9 milyonluq təklif

15:23

Klub tarixinin ən bahalı transferi

15:05

"Sabah"ın futbolçusu əməliyyat olundu

15:01

Millimiz FIFA reytinqində gerilədi

14:34

Mundialın tarixinə düşməyə hazırlaşırlar

14:04

PSJ ulduz futbolçunu heyətinə qatmağa çalışır

13:50

Elitaya yüksələn klub alban məşqçi gətirdi

13:30

Klub sahibinə sərt cəza

13:05

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

12:38

70 milyon avroluq tələb

12:19

Rusiya klubu "Qalatasaray"ın müdafiəçisi ilə maraqlanır

12:02

Beynəlxalq transfer qaydalarında dəyişiklik

11:47

Mbappe tənqid hədəfinə çevrildi

11:30

Kasilyas sabiq klubunu məhkəməyə verdi

11:11

Tevesi Sampaoli əvəzlədi

10:49

"Zirə"də beş müqavilə

10:30

Baş məşqçi ilə yeni müqavilə

10:10

"Real"ın sabiq baş məşqçisi hansı klubla danışıq aparır?

09:50

FİFA-ya qarşı araşdırma

09:29

18 yaşlı hücumçu "Barselona"da

09:01

Dünya çempionatı start götürür

00:47

Sabiq “Fənərbaxça”lı “Şaxtyor”da

23:53

Kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib

23:24

“Şamaxı”dan növbəti transfer

22:56

Beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüş keçirilib

22:40

Lənkəranda güləş festivalı baş tutub

21:57

Batut gimnastikası və tamblinq üzrə ölkə çempionatı keçirilib

21:21

“Yunayted”də kütləvi ayrılıq - RƏSMİ

20:58

“Tottenhem”dən yeni transfer

20:36

Yelkən komandamız Optimist Dünya Çempionatında iştirak edəcək

20:20

Karateçilərimizdən Avropa çempionatında 8 medal

19:53

8 şahmatçımız Dünya Kubokunda çıxış edəcək

19:22

“Turan Tovuz”da ayrılıq - RƏSMİ

18:57

“Benfika”nın yeni baş məşqçisi açıqlanıb

18:25

DÇ-2026: Avstraliya - Türkiyə matçının hakimi bəlli oldu

18:00

Məşhur qapıçı ilə yeni müqavilə

17:30

London klubunda ayrılıq

17:09

"Şəfa"da daha üç futbolçu ilə vidalaşdı

17:07

Şahmatçılarımız Dünya Kubokunda

16:49

Baş məşqçi postuna yeni namizəd

16:20

Bölgə klubu daha bir legioneri göndərdi

16:06

Kapitan növbəti oyunlar üçün söz verdi

15:47

Türkiyə millisində zədəli futbolçuların durumu

15:28

Federasiyadan yeni layihə

15:05

200 milyonluq təkliflər nəzərdən keçiriləcək

14:44

Mundialla bağlı 117 min nəfər təlimə cəlb olundu

14:23

Millimiz hansı səbətdə yer alacaq?