son dəqiqə SON DƏQİQƏ
Zaur Həşimov: “Komandamın oyunundan narazı qalmadım Millimizin üzvü oynadı, komandası qələbə qazandı MPL: Qəbələdə qolsuz sülh, “Şəfa” “İmişli”yə məğlub oldu Kaxaber Tsxadadze: “Çempionatda oyunların tempi artıb” Azər Bağırov: “Səhvlərimiz var” Super Liqada klubunu dəyişdi “Barselona”dan “Venesiya”ya AFFA-da 3 mühüm posta təyinat olub Coşqun Əliyev Deflimpiya çempionunu məğlub edərək “Masters Top 18”in qalibi olub “Şəfa” - “İmişli”: Premyer Liqada oynayan milli üzvü I Liqada çıxış edəcək "Şahdağ Qusar" və "Unico" arasındakı tərəfdaşlığa dair "Şəfa" ev oyunlarını bu stadionda keçirəcək "Neftçi"nin daha bir yetirməsi II Liqa klubunda forma geyinəcək Milli komandamız İstanbula yollanıb "Neftçi"nin sabiq üzvü "Şirvan"da "Sabah"ın "Napoli" ilə oyununun günü dəyişdirilə bilər "Sabah"ın Bakıda "Barselona" ilə görüşü bu tarixdə baş tutacaq "Sabah"ın Çempionlar Liqasındakı bütün qarşılaşmalarının "Neftçi"nin sabiq hücumçusu yenə də Türkiyədə oynayacaq - Qərb derbisində izdiham olacaq Bu klub "Qarabağ"ın ulduzu üçün 800 min avro ödəməyə hazırdır "Qurnik"in formasını geyinmək şərəf idi" Bölgə təmsilçisi heyətinə legioner qapıçı cəlb etdi I Liqa klubunda ayrılıq "Neftçi"nin yetirməsi "Şəmkir"də "İmişli" ilə oyundan öncə Bakı təmsilçisindən azarkeşlərə Bölgə klubunda 3 yeni futbolçu

İlham Yadullayev: "Ən güclü rəqib "Araz-Naxçıvan"ın bəxtinə düşmüşdü" - AÇIQLAMA

Bölmə adı Konfrans Liqası / Manşet
Yayımlandı 25-07-2025, 17:41

Avrokuboklarda II təsnifat mərhələsinin ilk oyunları başa çatdı. Beynəlxalq turnirlərdə Azərbaycan klubları da iştirak etdilər. "Qarabağ" ÇL-də "Şelburn"u məğlub etdi - 2:0. Konfrans Liqasında "Zirə" "Hayduk"la bacarmadı. "Araz-Naxçıvan" güclü "Aris"i məğlub etdi - 2:1. "Sabah" səfərdə "Petrokub"a qalib gəldi - 2:0. İlk oyunlardan sonra hansı təmsilçimiz növbəti mərhələyə adlaya bilər? Hansı klubumuzun şansı daha azdır. Suallarımızı İlham Yadullayevə ünvanladıq. U-18 millimizin baş məşqçisi mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

"Klublarımız avrokuboklara pis başlamışdılar. "Sabah" digər təmsilcilərimizlə müqayisədə mübarizəyə daha erkən qosuldu. Masazır təmsilçisi Avropa Liqasında "Çelye" səddini keçə bilməsə də, oyun planında, əsas da hücumda kreativlik sərgiləyərək 5 qol vurdu. "Bayquşlar" müdafiədəki çatışmazlıqlara görə mübarizədən kənarda qaldılar. Buna rəğmən, Konfrans Liqasında çıxışını davam etdirən Dambrauskasın yetirmələri "Petrokub" səfərindən inamlı qələbəylə qayıtdılar. Düşünürəm ki, evdə də rəqibi məğlub edəcəklər.

"Zirə" "Hayduk"la qarşılaşmanın ilk yarısında pis təsir bağışlamadı, hətta qol da vurdu. Amma fasilədən sonra komandanın oyununda eniş hiss olundu, futbolçularda yorğunluq görsəndi və xorvatlar bundan istifadə edərək bərabərlik qolunu vurdu. Split təmsilçisinin avrokubok təcrübəsi çox olsa da, keçilməz rəqib deyil. Odur ki, hələ heç nə bitməyib. "Qartallar" səfərdə səhvlərə yol vermədən xarakter göstərsələr, mərhələ keçə bilərlər.

"Araz-Naxçıvan" tarixində ilk dəfə avrokuboklarda çıxış etməsinə baxmayaraq, yaxşı oyun sərgilədi. Ən güclü rəqib elə Muxtar Respublika təmsilçisinin bəxtinə düşmüşdü. İlk yarıda sönük oyun keçsə də, naxçıvanlılar üstünlüyə malik idilər. Onlar hətta qol da vurdular. Amma ofsayt qeydə alındı. Yunanlar isə daha çox 2-ci planda oynayırdılar. Elə fasilədən sonra da onlar məhz əks hücumdan qol vurdular. Hesabın açılması Elmar Baxşıyevin komandasını oyatdı. İrəli atılan meydan sahibləri iki gözəl qol vuraraq qələbə qazandılar. Hərçənd onlar hesabı daha da böyüdə bilərdilər. İndi qalır "Araz-Naxçıvan"ın səfərdə eyni motivasiya ilə mübarizə aparması.

"Qarabağ"a gəlincə, son çempion "Şelburn" səfərində də öz dəst-xəttinə sadiq qaldı. Ağdamlıların heyətində yeni oyunçular olsa da, komandanın əsas özəyi və oyun üslubu sabitdir. İlk yarıda "köhlən atlar" daha yaxşı çıxış etdilər. İkinci hissədə meydan sahibləri təmsilçimizə güclə təzyiq göstərsə də, ağdamlılar qapının toxunulmazlığını qoruya bildilər. Oyunun sonlarında rəqib müdafiəsindəki boşluqlardan maksimum istifadə edərək daha 2 qol vurdular.

4 klubumuz da əla oyun sərgilədi. Hesab edirəm ki, cavab görüşləri də maraqlı alınacaq. Bütün təmsilçilərimizə uğurlar arzu edirəm".


MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR