Kristian Eriksenin yeni klubu rəsmən açıqlandı

Bölmə adı Almaniya
Yayımlandı 11-09-2025, 12:13

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Kristian Eriksenin “Volfsburq”a transferi rəsmiləşib.

Sport1.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı futbolçu ilə 2027-ci ilin iyununa qədər müqavilə imzalanıb.

Danimarka millisinin üzvü yeni klubuna azad agent kimi keçib.

Qeyd edək ki, Eriksen "Ayaks", "Tottenhem" və "İnter"də də çıxış edib.

Müəllif: Sport1.az