"Turan Tovuz" yoldaşlıq oyununda "Fənərbağça" ilə üz-üzə gələcək.
Sport1.az xəbər verir ki, Qərb təmsilçisi qarşılaşma ilə bağlı açıqlama yayıb.
Tovuz təmsilçisi Bakıda baş tutacaq matçda iştirak edəcək azarkeşləri üçün bilet və komandanın formasını hədiyyə edəcək.
Xatırladaq ki, görüş oktyabrın 3-ü, saat 20:00-da Tofiq Bəhrəmov adına Respublika stadionunda baş tutacaq.