son dəqiqə SON DƏQİQƏ
Millimizin rəqibindən rahat qələbə ● Portuqaliya yığması Danimarkaya, Niderland seçməsi Yunanıstana qarşı ● Günün oyunları: ● Millimiz səfərdə belə məğlub oldu ● Yığmamız UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Millimiz Kilmarnokda Şotlandiya seçməsi ilə üz-üzə gəlib ● “Sabah”ın baş məşqçisi: “Qələbə bizim üçün vacib idi” ● Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib ● “Neftçi” Avropa Kubokunun əsas mərhələsində ● ABL-də yeni mövsümə start verilib ● Yığmamızın rəqibləri bəlli oldu ● "Mingəçevir Reqatası-2026"nın 2-ci günündə idmançılarımızdan 7 medal ● "Çox hücum etməli, dominant oyun sərgiləməliyik" ● "Üzərimizdə məsuliyyət var" ● Lixtenşteynin baş məşqçisi: “Azərbaycan favoritdir” ● Stolüstü tennisçilərimiz Gürcüstanda 5 bürünc medal qazandılar ● Beynəlxalq Autizm Mərkəzinin şagirdləri "Neftçi"nin qonağı olublar ● "Turan Tovuz" - "İmişli" matçının yeri bu səbəbdən dəyişdirilib ● Azərbaycanın klub rəsmiləri mötəbər tədbirdə iştirak ediblər ● Avropa Çempionatında Azərbaycanı təmsil edəcək idmançılar ● Azərbaycan millisinin matçlarını bu kanal canlı yayımlayacaq ● Daha 2 turun oyun cədvəli açıqlanıb ● Boksçularımız Budvaya yollanacaq ● Tanınmış yaponiyalı mütəxəssis tələbələr üçün ustad dərsi keçib ● "Turan Tovuz" - "Fənərbağça": Qərb təmsilçisindən azarkeşlərinə ● Federasiyanın yeni prezidenti bilindi ● "Zirə"nin üzvü millidə "parladı": ●

“Sabah”ın baş məşqçisi: “Qələbə bizim üçün vacib idi”

Bölmə adı Basketbol
Yayımlandı Dünən, 23:35

Azərbaycan Basketbol Liqasında (ABL) bu mövsüm rəqabət olacaq.

Sport1.az xəbər verir ki, bunu "Sabah" basketbol klubunun baş məşqçisi Lazar Spasiç deyib.

Klubun mətbuat xidmətinə açıqlama verən mütəxəssis ABL-in I turunda "LANDAU Lions" komandasına qarşı keçirdikləri oyun barəsində danışıb:

"Bu oyunda qələbə bizim üçün vacib idi. Oyunçularımızın sona qədər mübarizə aparmasından, xarakter nümayiş etdirməsindən, komanda olaraq bir olmasından razı qaldım. Rəqib çox intizamlı müdafiə olunurdu. Son 10 dəqiqədə oyunumuzu xüsusilə bəyəndim. Oyunun əvvəlində müəyyən həyəcan var idi. Hakimliyə gəlincə onlar basketbolun inkişafinda çox vacib rol oynayırlar. Mən onlardan gələcəkdə daha da inkişaf etmələrini və qarşıdakı böyük inkişaf prosesinin bir hissəsi olmalarını gözləyirəm.

Təşkilatçılıq, ab-hava əla idi. Gördüklərimə əsasən düşünürəm ki, bizi rəqabətli liqa gözləyir. Azarkeşlərimizə dəstəyə görə təşəkkür edirəm. Tribunada çoxlu insan görəndə xoşbəxt oluram. Ümid edirəm ki, azarkeşlərimiz bizi hər oyunda bu cür dəstəkləyəcəklər. Bizim işimiz oyunları qazanmaq və onlara sevinc bəxş etməkdir".

Qeyd edək ki, "Sabah" - "LANDAU Lions" qarşılaşması birincilərin 84:74 hesablı qələbəsi ilə bitib.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR