son dəqiqə SON DƏQİQƏ
Murad sonradan oyuna daxil oldu, komandası ilk oyunda uduzdu Premyer Liqa klubunun stadionu yararsız vəziyyətə düşdü - "Ganja Cup 2026" turnirində ilk yarış gününün mükafatçıları müəyyənləşib "Karvan-Yevlax"dan qapıçı transferi Bakıda mükafat fondu 5 min dollar olan beynəlxalq turnir keçiriləcək Mahir Emrelinin komandası ilk qarşılaşmada qol vura bilmədi "Sabah"ın Çempionlar Liqası matçının hakimləri dəyişdirilib Günün oyunları: Cahangir Fərəcullayevin inkişaf strategiyası fantaziyası Premyer Liqa klublarının yay transferləri UEFA Avropa Liqası: "Qarabağ"ın Lublindəki məğlubiyyəti - "Qarabağ"ı məyus edən qolun müəllifi: "Daha çox qol vuracağam" "Qarabağ"ın futbolçularının ayaqlarını nə bağlayır? Mahirin komandasından heç-heçə - UEFA Avropa Liqası: "Beşiktaş"dan minimal hesablı qələbə - Qurban Qurbanov: “Cavab oyununa hazırlaşacağıq” Konfrans Liqası: "Qarabağ" “Dinamo” səfərindən məğlub qayıdır - “Real” onunla “yola davam” dedi “Fənərbağça”da ciddi itki Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş “Dinamo” - “Qarabağ”: “Araz-Naxçıvan”dan ayrıldı, Asim Xudiyev UEFA-dan növbəti təyinat Türkmənistan millisi ilə birgə məşq Fildişi Sahili millisinin üzvü “Real”da "Kürü keçək?! 5" yarışına rekord sayda iştirakçı Göygöldə hazırlıq başa çatdı “Şamaxı” və “Qəbələ” akademiyalarında maarifləndirici təlimlər

Tarixi Azərbaycan klubu fəaliyyətini bərpa edir - ÖZƏL

Bölmə adı Özəl / Gündəm
Yayımlandı Dünən, 14:38

Bir zamanlar Azərbaycan futbolunun Yüksək Liqasında uğurlu çıxışı ilə tanınan Bakının “Xəzri” Futbol Klubu yenidən fəaliyyətə başlayır.

Sport1.az xəbər verir ki, bu barədə "Xəzri Buzovna" SC-nin rəhbəri Təbriz Ağayev məlumat verib.

Onun sözlərinə görə, “Xəzri Buzovna” artıq idman klubu kimi yenidən dövlət qeydiyyatından keçib və fəaliyyətini yeni mərhələdə davam etdirəcək.

Təbriz Ağayev bildirib ki, klubun tərkibində futbol və bütün idman növlərinin yaradılması nəzərdə tutulur. Layihənin əsas məqsədi Buzovna qəsəbəsi və ümumilikdə Xəzər rayonunda yaşayan uşaqların, yeniyetmələrin və gənclərin asudə vaxtının səmərəli təşkilinə, onların zərərli vərdişlərdən uzaq tutulmasına, sağlam həyat tərzinin təbliğinə və peşəkar idmanla məşğul olmaları üçün əlverişli şəraitin yaradılmasına xidmət etməkdir.

Klub rəhbərinin sözlərinə görə, hazırda komandanın daimi məşqlərini keçirəcəyi və ev oyunlarını qəbul edəcəyi stadionun müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Sənədləşmə və digər texniki prosedurlar başa çatdıqdan sonra "Xəzri"nin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Region Liqasında iştirakı üçün rəsmi müraciət etməsi planlaşdırılır.

"Ümid edirik ki, əlaqədar dövlət qurumları və idman təşkilatları Buzovnada böyük futbolun yenidən dirçəldilməsi istiqamətində həyata keçirdiyimiz təşəbbüslərə dəstək verəcəklər. Məqsədimiz yalnız futbol komandası yaratmaq deyil, eyni zamanda bölgədə idman mühitini canlandırmaq və istedadlı gənclərin inkişafına töhfə verməkdir", - deyə Təbriz Ağayev vurğulayıb.

Qeyd edək ki, “Xəzri” Futbol Klubu 1992-ci ildə Bakının Buzovna qəsəbəsində yaradılıb. Klubun təsisçisi və ilk prezidenti Azərbaycanın müstəqillik hərəkatının öncül simalarından biri Nəsir Ağayev olub. Bir müddət "Xəzri" klubuna iş adamı Malik Atakişiyev rəhbərlik edib və məhz həmin dövr komandanın tarixində ən uğurlu mərhələlərdən biri kimi yadda qalıb. Onun rəhbərliyi dövründə klubun inkişaf strategiyasında mühüm dəyişikliklər həyata keçirilib. Əvvəllər əsasən yerli futbolçulara üstünlük verən komandaya ölkənin digər klublarından təcrübəli və istedadlı oyunçular cəlb olunub. Heyətin gücləndirilməsi komandanın oyun keyfiyyətinə və nəticələrinə də müsbət təsir göstərib. Bunun nəticəsində "Xəzri" ölkə futbolunda iddialı kollektivlərdən birinə çevrilərək mühüm uğurlara imza atıb. Həmin illər klubun həm idman nailiyyətləri, həm də peşəkar idarəçilik baxımından yüksəliş dövrü kimi dəyərləndirilir. Bu uğurlar düzgün idarəçiliyin və güclü heyət quruculuğunun futbol klubunun inkişafında həlledici rol oynadığını göstərib.

Müxtəlif dövrlərdə “Xəzri” və “Xəzri-Eltac” adları ilə çıxış edən komanda Azərbaycan futbolunda yaddaqalan uğurlara imza atıb. Klub futbol üzrə Azərbaycan çempionatının yüksək liqasında 5 mövsüm mübarizə aparıb. Komanda 1995/1996 mövsümündə ölkə çempionatının gümüş, 1996/1997 mövsümündə isə bürünc medalını qazanaraq həmin illərin ən iddialı kollektivlərindən biri kimi yadda qalıb.

“Xəzri” Azərbaycan Kubokunda da uğurlu çıxış edib. Klub 1996/1997 mövsümündə turnirin finalına qədər irəliləyərək həlledici görüşdə iştirak etmək hüququ qazanıb və bununla da Azərbaycan futbol tarixində özünəməxsus iz buraxıb. 1996/1997-ci ildə UEFA Kubokunda ölkəmizi təmsil edib.

İllər sonra tarixi klubun yenidən fəaliyyətə başlaması Buzovna və Xəzər rayonunda futbol ənənələrinin dirçəldilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Klub rəhbərliyi hesab edir ki, yeni layihə təkcə peşəkar komandanın formalaşdırılmasına deyil, həm də gələcəkdə Azərbaycanın futboluna yeni istedadların qazandırılmasına xidmət edəcək.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR