SON DƏQİQƏ
Azərbaycanın 20 yaşadək qızlardan ibarət voleybol millisi Avropa çempionatının 1-ci təsnifat mərhələsində iştirak edəcək.
Sport1.az xəbər verir ki, EEVZA (Şərqi Avropa Voleybol Zonal Assosiasiyası) çempionatı oktyabrın 22-dən 25-dək Gürcüstanın Rustavi şəhərində keçiriləcək.
Yarışda Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın yığmaları mübarizə aparacaq.
Millimiz A qrupunda Polşa və Latviya ilə qarşılaşacaq. B qrupunda isə Estoniya, Gürcüstan, Ermənistan və Ukrayna yer alıb.
Reqlamentə əsasən, qrupların qalibləri turnirin çempionunu müəyyənləşdirəcək həlledici oyunda üz-üzə gələcək. Qruplarda 2-ci və 3-cü yerləri tutan komandalar isə müvafiq olaraq A2-B2 və A3-B3 oyunlarında yekun sıralamadakı mövqelərini müəyyənləşdirəcəklər.
A1-B1 qarşılaşmasının qalibi 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq. 2-4-cü yerləri tutan komandalar isə qitə çempionatının 2-ci təsnifat mərhələsində iştirak hüququ əldə edəcəklər.
U-20 Avropa çempionatının 1-ci təsnifat mərhələsi (EEVZA)
Rustavi, Gürcüstan
A qrupu: Azərbaycan, Polşa, Latviya
B qrupu: Estoniya, Gürcüstan, Ermənistan, Ukrayna
22 oktyabr
15:30 – Latviya – Polşa
18:00 – Estoniya – Ukrayna
20:30 – Gürcüstan – Ermənistan
23 oktyabr
15:30 – Polşa – Azərbaycan
18:00 – Ermənistan – Estoniya
20:30 – Ukrayna – Gürcüstan
24 oktyabr
15:30 – Latviya – Azərbaycan
18:00 – Ermənistan – Ukrayna
20:30 – Estoniya – Gürcüstan
25 oktyabr
12:00 – A3 – B3
14:30 – A2 – B2
17:00 – A1 – B1
Qarşılaşmaların başlama saatı yerli vaxtla göstərilib.