son dəqiqə SON DƏQİQƏ
“Qarabağ” 3 xalı 1 qolla qazanıb Qurban Qurbanov: “Keyfiyyətli futbol oynamaq bizim borcumuzdur” Zaur Həşimov: “Tovuzda daha güclü “Şəfa” görəcəksiniz” “Neftçi”dən inamlı qələbə "Neftçi" Qəbələdən 3 xalla qayıdıb, "Qarabağ" da turu qalib başa vurub Amil Ağacanov: “Bizim üçün ağır məğlubiyyət oldu” Vernidub: “Qəbələdə oynamaq hər zaman çətindir” "Kubokda bacardığımız qədər irələmək niyyətindəyik" Nazir idman federasiyalarının nümayəndələri ilə görüşüb Gəncə derbisi keçiriləcək “Qarabağ” - “Şəfa”: I Liqa: "Xankəndi" MOİK-ə uduzub "Naxçıvan"dan növbəti transfer "Qəbələ" - "Neftçi": "Neftçi" yoxlama matçına çıxacaq "Turan Tovuz"un qapıçısı yığmada "Neftçi"nin futbolçusu ölkəsinə getdi Millimiz Dünya Çempionatına hazırlığı Göygöldə keçirəcək Cüdo üzrə Dünya Çempionatı: Millimizin ilkin heyəti açıqlanıb "Karvan-Yevlax"da ayrılıq "Kəpəz"də yeni ANLAŞMA Puxaç 2 il sonra yenidən millidə Azərbaycan Kuboku: 2-ci təsnifat mərhələsinin cütləri müəyyənləşib Azərbaycan Kuboku: 1-ci təsnifat mərhələsinin cütləri müəyyənləşib Azərbaycan Kuboku: Püşkatma 4 səbət əsasında keçirilir Tahir Gözəl bu bankın rəhbəri oldu Millimizin heyəti açıqlandı "Formula 1"ə görə bağlanacaq küçə və prospektlərin siyahısı açıqlandı

AFFA klublara ağız açdı, PFL razılıq verdi

Bölmə adı Premyer Liqa / Özəl
Yayımlandı 1-08-2026, 17:39

Dünən AFFA rəsmi olaraq "APL Fantasy" tətbiqini ictimaiyyətə təqdim etdi. 

Artıq Premyer Liqa azarkeşləri də öz komandalarını qura biləcək, heyətlərini formalaşdıracaq, hər həftə xallar toplayaraq yekunda hədiyyələr qazanacaqlar. 

"APL Fantasy" ölkə futboluna maraq qata biləcək layihədir. AFFA bu işə sadəcə oyun kimi yanaşmamalıdır. "Fantasy" platformaları dünyanın digər ölkələrində milyonlarla istifadəçiyə sahib olurlar. Bu layihədən əldə edilən gəlirin bir hissəsi klublara əqli mülkiyyət hüququ olaraq verilir. 

"APL Fantasy" artıq indidən özünə sponsor tapıb. Oyunda istifadəçilərin yaratdığı komandaların formaların üzərində və müxtəlif yerlərdə "Euroacs" şirkətinin reklamı yerləşdirilib. Adı çəkilən kompaniya Azərbaycanda fəaliyyət göstərən aparıcı mobil aksesuar brendidir.

Araşdırmamızdan bəlli olur ki, layihə indidən müəyyən gəlir əldə edir. Bəs, AFFA əldə edilən məbləğdən klublara pay verəcək?

Məsələ ilə bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. Qurum klublardan əqli mülkiyyət hüquqlarından istifadə etmək üçün 1 mövsümlük icazə istəyib. Yəni, AFFA 2026/27-ci "futbol ili"ndə "APL Fantasy" platformasından əldə edilən gəlirdən Premyer Liqa təmsilçilərinə ödəniş etməyəcək. 

Federasiya layihəni daha da təkmilləşdirmək üçün PFL-ə də ağız açıb. Peşəkar Futbol Liqası "APL Fantasy"ni statistik məlumatlarla təmin edəcək. 

Müəllif: İlkin Sultanlı
OXŞAR XƏBƏRLƏR