Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yoldaşlıq oyunları canlı yayımlanacaq.
Sport1.az xəbər verir ki, U-20 yığmamız oktyabrın 3-ü, saat 18:00-da Moldovanın, oktyabrın 6-sı, saat 16:00-da Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Qəbələ şəhər stadionunda keçiriləcək hər iki görüşü "CBC Sport"un "YouTube" kanalı vasitəsilə izləmək mümkün olacaq.