son dəqiqə SON DƏQİQƏ
"Çox hücum etməli, dominant oyun sərgiləməliyik" ● "Üzərimizdə məsuliyyət var" ● Lixtenşteynin baş məşqçisi: “Azərbaycan favoritdir” ● Stolüstü tennisçilərimiz Gürcüstanda 5 bürünc medal qazandılar ● Beynəlxalq Autizm Mərkəzinin şagirdləri "Neftçi"nin qonağı olublar ● "Turan Tovuz" - "İmişli" matçının yeri bu səbəbdən dəyişdirilib ● Azərbaycanın klub rəsmiləri mötəbər tədbirdə iştirak ediblər ● Avropa Çempionatında Azərbaycanı təmsil edəcək idmançılar ● Azərbaycan millisinin matçlarını bu kanal canlı yayımlayacaq ● Daha 2 turun oyun cədvəli açıqlanıb ● Boksçularımız Budvaya yollanacaq ● Tanınmış yaponiyalı mütəxəssis tələbələr üçün ustad dərsi keçib ● "Turan Tovuz" - "Fənərbağça": Qərb təmsilçisindən azarkeşlərinə ● Federasiyanın yeni prezidenti bilindi ● "Zirə"nin üzvü millidə "parladı": ● Mikelsin milli komandası DÇ-2026-da çıxış etmiş komandanı üstələdi ● "Neftçi"nin futbolçusu millinin heyətində meydandan 3 xalla ayrıldı ● Pokatilovun komandası məğlub olub ● "Neftçi" - "Sabah" qarşılaşmasının biletləri satışa çıxarılır ● IV MDB Oyunlarına ev sahibliyi edəcək ölkənin adı müəyyənləşib ● MMA döyüşçüsü Tahir Abdullayevin UFC-də növbəti rəqibi müəyyənləşib ● U-21 Avropa Çempionatının seçmə mərhələsində 8 oyun baş tutacaq ● Elvin Kərbəla ziyarətinə yollandı ● Azərbaycanlı hakim Yunanıstan yığmasının matçına təyinat alıb ● AFFA rəsmisinə beynəlxalq təyinat ● Günün oyunları: ● Azərbaycan Basketbol Liqası: Yeni mövsümə start verilir ● FİBA Avropa Kuboku: "Neftçi" cavab matçına çıxır ●

"Çox hücum etməli, dominant oyun sərgiləməliyik" - AYXAN ABBASOV

Bölmə adı Milli
Yayımlandı Bu gün, 19:38

Azərbaycan yığması UEFA Millətlər Liqası çərçivəsində növbəti matçını Lixtenşteyn seçməsinə qarşı keçirəcək.

Sport1.az xəbər verir ki, komandanın baş məşqçisi Ayxan Abbasov həmin qarşılaşmadan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"İkinci matçımıza çıxacağıq. Turnir cədvəlində lider olmaq istəyiriksə, qalib gəlməliyik. Rəqibi yaxından tanıyırıq. Onlar istəkli komandadır. İtirəcəkləri bir şey yoxdur. Müdafiələrini yarmalıyıq. İnanıram ki, azarkeşlərin önündə futbolçular yaxşı oyun sərgiləyəcəklər".

- Heyətlə bağlı problem var?

- Litva ilə matçdan sonra (1:1) xırda zədələr çox oldu. Renat Dadaşovu itirmişik. Onun səfərdəki oyunda aldığı zədə bunu deməyə əsas verir. Digər oyunçularımızda isə xırda zədələr var. Hər biri oynamaq istəyir.

- Litvada baş tutan matçdan sonra komandanın oyun üslubunda hansısa dəyişiklik ediləcək?

- Hər dəfə rəqibə uyğun sistemimizi qururuq. Epizodları təhlil edib hazırlaşırıq. Rəqiblərimiz fərqli komandalardır. Müdafiəni yarmaq vacib olacaq. Futbolçuların ustalıq keyfiyyəti yüksək olmalıdır. 3 məşqdir çalışırıq. İnanıram ki, istədiyimiz qolları vuracağıq.

- Dünyada zəif komanda anlayışı qalmayıq. Sabah özünüzü başqa ssenariyə hazır hiss edirsiniz?

- Milli komandalar arasında zəif rəqib olmur. Bu gün bütün komandalar xal qazana bilər. Hər biri özünü göstərmək istəyir. Çox hücum etməli, dominant oyun sərgiləməliyik. Bundan öncəki rəqiblərdə qeyd etdiklərimi edə bilmirdik. Milli futbolçu ən yaxşı oyunçu deməkdir. Futbolçularıma inanıram.

- Millinin məhz bu stadionda oynaması nostalji hisdir. Daha çox azarkeşin gələcəyini gözləyirsiniz?

- Millinin azarkeşlərə ehtiyacı var. Futbolçular da həqiqətən fanatların önündə oynamaq istəyirlər. Bizim çempionatımızda da bu problem var. Avrokuboklarda isə belə olmur. Nə olursa-olsun, yığmamıza dəstək lazımdır.

- Zamiq Əliyevin millinin düşərgəsinə çağırılmaması barədə açıqlaması var idi. Bu barədə nə deyə bilərsiniz?

- Futbolçular tez-tez müsahibə verirlər. Hər birini haqlı sayıram. Hamısı millidə oynamaq istəyir. Bu, onların haqqıdır. Zamiqin bütün oyunlarını izləmişik. Bir çox futbolçunu diqqətdə saxlayırıq. Bəzilərinin adlarını, bəlkə də, xatırlamırsınız. Bizim seçimiz necədir? Bu gün Zamiqin yerində oynayan Anton Krivotsyuk, Rəhman Daşdəmirov, Murad Xaçayev var. Biz həmin futbolçulara üstünlük vermişik. Sabah Zamiqə də dəvət gələ bilər. Əvvəlki toplanışlarda da bu təcrübə yaşanıb. Bu dəfə adını qeyd etdiyim 3 futbolçunu seçdik.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR