son dəqiqə SON DƏQİQƏ
"Ağlamaq fikrim yoxdur" ● "Üzərimizdə müəyyən təzyiq var" ● "Kəpəz" - "Zirə" matçında "sülh" ● "Turan Tovuz"dan Yevlaxda gözlənilməz məğlubiyyət ● "Turan Tovuz" "İmişli"yə uduzub, "Zirə" "Kəpəz"lə heç-heçə edib ● "Şirvan" çətinliklə qələbə qazandı ● "Marafon" səfərdə "Kür-Arazı"ı darmadağın edib ● "Ümumi olaraq siz bu sualı elə kluba ünvanlamalısınız" ● "İmişli" layiqli qələbə qazandı" ● Karate üzrə Dünya Çempionatı: İdmançılarımız 5 medal qazanıb ● "Sabah"ın Dortmund "Borussiya"sı ilə matçının hakim təyinatları ● "Məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik" ● Günün oyunları: ● Azərbaycan Basketbol Liqası: Bu gün 3-cü tura Bakıda start verilir ● "Hər il avrokubok olmaya bilər" ● "Qələbə qazanmaq lazım idi" ● Derbidə qalib müəyyənləşmədi ● Qəbələdə "qol yağışı" ● "Sabah" "Qəbələ"ni məğlub etdi, derbidə bərabərlik ● "Azərbycan Premyer Liqasındakı bütün komandalar yaxşıdır" ● PFL-dən "Qarabağ" və "Neftçi"yə 1000-ci qarşılaşmaya özəl ● "Desəm ki, maraqlı deyil, yalan olar - Bəzi şeylər heç nəzarətimdə deyil" ● "Qarabağ" - "Neftçi": ● Azərbaycan Kuboku: II təsnifat mərhələsinin oyun cədvəli ● Misli Premyer Liqasında daha 3 turun oyun cədvəli açıqlanıb ● Rəşad Sadıqov Gəncədə Şəhidlər xiyabanını ziyarət etdi ● "Qəbələ" - "Sabah": ● Bölgə klubunda ayrılıq ●

“Turan Tovuz”da ara qarışdı: Ehtiram Quliyev həm məşqçini, həm idarəçiləri danladı - ÖZƏL

Bölmə adı Turan Tovuz / Özəl / Manşet
Yayımlandı 31-08-2026, 20:08

Misli Premyer Liqasının 3-cü turunda Gəncədə “Kəpəz”ə 0:1 hesabı ilə uduzan “Turan Tovuz”da vəziyyət kritik həddə çatıb.

Sport1.az-a daxil olan məlumata görə, məğlubiyyət klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevi özündən çıxarıb. Qarşılaşma başa çatan kimi paltardəyişmə otağına getmək istəyən rəhbər şəxsin qarşısına Kurban Berdiyevin köməkçisi Andrey Matsyura çıxıb. Ehtiram Quliyev moldovalı mütəxəssisi sərt şəkildə danlayaraq komandanın oyunundan ciddi narazılığını bildirib.

Bununla kifayətlənməyən klub rəhbəri daha sonra digər idarəçilərlə görüşüb. İdarə Heyətinin sədri onlara da sərt iradlarını çatdırıb. “Turan Tovuz”un digər idarəçiləri isə Ehtiram Quliyevə Kurban Berdiyevlə uğurlu nəticə əldə etməyin mümkün olmayacağını deyiblər. Klub rəhbəri baş məşqçi ilə bağlı yekun qərarın “Sumqayıt”la oyuna kimi və ya qarşılaşmadan sonra veriləcəyini söyləyib.

Beləliklə, “Turan Tovuz”da Kurban Berdiyevin taleyi ciddi sual altındadır. Baş məşqçinin komandada qalıb-qalmayacağına Ehtiram Quliyev qərar verəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR