son dəqiqə SON DƏQİQƏ
Millimizin rəqibindən rahat qələbə ● Portuqaliya yığması Danimarkaya, Niderland seçməsi Yunanıstana qarşı ● Günün oyunları: ● Millimiz səfərdə belə məğlub oldu ● Yığmamız UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Millimiz Kilmarnokda Şotlandiya seçməsi ilə üz-üzə gəlib ● “Sabah”ın baş məşqçisi: “Qələbə bizim üçün vacib idi” ● Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib ● “Neftçi” Avropa Kubokunun əsas mərhələsində ● ABL-də yeni mövsümə start verilib ● Yığmamızın rəqibləri bəlli oldu ● "Mingəçevir Reqatası-2026"nın 2-ci günündə idmançılarımızdan 7 medal ● "Çox hücum etməli, dominant oyun sərgiləməliyik" ● "Üzərimizdə məsuliyyət var" ● Lixtenşteynin baş məşqçisi: “Azərbaycan favoritdir” ● Stolüstü tennisçilərimiz Gürcüstanda 5 bürünc medal qazandılar ● Beynəlxalq Autizm Mərkəzinin şagirdləri "Neftçi"nin qonağı olublar ● "Turan Tovuz" - "İmişli" matçının yeri bu səbəbdən dəyişdirilib ● Azərbaycanın klub rəsmiləri mötəbər tədbirdə iştirak ediblər ● Avropa Çempionatında Azərbaycanı təmsil edəcək idmançılar ● Azərbaycan millisinin matçlarını bu kanal canlı yayımlayacaq ● Daha 2 turun oyun cədvəli açıqlanıb ● Boksçularımız Budvaya yollanacaq ● Tanınmış yaponiyalı mütəxəssis tələbələr üçün ustad dərsi keçib ● "Turan Tovuz" - "Fənərbağça": Qərb təmsilçisindən azarkeşlərinə ● Federasiyanın yeni prezidenti bilindi ● "Zirə"nin üzvü millidə "parladı": ●

Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib

Bölmə adı Avarçəkmə
Yayımlandı Dünən, 22:38

Mingəçevirdə kayak və kanoe marafonu üzrə təqdimat mərasimi keçirilib.

Sport1.az xəbər verir ki, Azərbaycan Su İdmanı Federasiyasının təşkilatçılığı ilə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən tədbirdə federasiyanın məşqçi və hakimləri, eləcə də “Mingəçevir reqatası 2026” beynəlxalq yarışında iştirak edən ölkələrin komandalarının məşqçiləri iştirak ediblər.

Tədbirdə Azərbaycan Su İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev və Kanoe Marafonu Komitəsinin sədri Ruud Heijselaar da iştirak ediblər. Əvvəlcə kayak və kanoe marafonu haqqında hazırlanmış videoçarx nümayiş etdirilib. Daha sonra bu idman növü ilə bağlı geniş təqdimat keçirilib.

Təqdimat zamanı bildirilib ki, sprintdən fərqli olaraq kayak və kanoe marafonunda yürüşlər daha uzun məsafəyə keçirilir və idmançılardan daha çox dözümlülük tələb olunur. Yarış zamanı marşrutda maneələr, dönmələr və portajlar ola bilər. Portaj qayığın sudan çıxarılaraq müəyyən məsafədə daşınması və yenidən suya salınmasıdır.

Marafon yarışları böyüklər arasında çox vaxt təxminən iki saat davam edir. Buna görə də yarışöncəsi hazırlıq zamanı idmançıların dözümlülük və texniki hazırlığı xüsusi diqqətdə saxlanılır. Portajları simulyasiya etmək üçün quruda qayıqdan düşmə, qayığın daşınması və minimum vaxt itkisi ilə yenidən qayığa minmə məşqləri keçirilir.

Bundan əlavə, şamandıra ətrafında dönmə, drafting – digər qayığın arxasında hərəkət etməklə su müqavimətindən faydalanma – və qrup daxilində səmərəli naviqasiya texnikaları üzərində də çalışmalar aparılır.

Tədbirin sonunda kayak və kanoe marafonunun Azərbaycanda inkişaf etdirilməsi və bu istiqamətdə beynəlxalq əlaqələrin gücləndirilməsi məqsədilə gələcəkdə də müxtəlif tədbirlərin keçiriləcəyi bildirilib.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR