son dəqiqə SON DƏQİQƏ
Fransa millisinin üzvü PSJ-də Almatıda təlim-məşq toplanışı Cüdoçularımız Avropa Kubokunu 7 medalla başa vurub Gənc boksçularımız Avropa çempionatında Paytaxt klubu bölgəyə köçdü “Qarabağ”a şad xəbər Maldini İtaliyada klubunu dəyişdi Kamandan oxatma üzrə ölkə çempionatı və kubok başa çatıb Dambrauskas jurnalistlər önünə çıxacaq Azərbaycan beynəlxalq idman yarışına ev sahibliyi edəcək "Turan Tovuz" millimizin üzvü ilə razılaşdı 18 yaşlı afrikalı "Sabah"da Bökgə təmsilçisi baş məşqçi ilə yolları ayırdı Azərbaycanlı Avropa Çempionatında finala çıxdı "Zaqatala" 15 yaşlı futbolçunu əsas heyətə cəlb etdi Millimiz Avropa Çempionatını Norveç üzərində qələbə ilə başa vurdu Azərbaycanda istədiyini edə bilmədi, Norveçin ən köklü klubuna keçdi Azərbaycan klubu Hulku transfer etdiyi açıqladı Millimizin üzvü Türkiyə klubu ilə anlaşdı Azərbaycanda və Özbəkistanda keçiriləcək mundialın daha 4 iştirakçısı bəlli oldu 10 cüdoçumuz beynəlxalq turnirdə mübarizəyə qoşulacaq Azərbaycanda işləmiş məşqçi "Qarabağ"ı "Şaxtyor"a bənzətdi Azərbaycanda 3 klubda oynamış futbolçu Malaziyada özünə komanda tapdı Millimizin üzvü qardaşı ilə münasibətlərindən danışdı Millimizin üzvü oynadı, komandası uduzdu Millimizdən 2 ardıcıl qələbə “Yunayted”in qapıçısı Çempionşipdə Ölkə çempionatı başa çatıb

"Avrokuboklarda ələ düşən epizoddan 100 faiz istifadə etməlisən" - Ağasəlim Mircavadov

Bölmə adı Qarabağ / Özəl
Yayımlandı 31-07-2026, 14:38

"Qarabağ" UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda ÇSKA (Sofiya) ilə qarşılaşdı.

Görüşün əsas vaxtı 0:0 hesabı ilə başa çatdı. Əlavə edilən 30 dəqiqə ərzində də qapılara qol vurulmadı.

Penaltilər seriyasında daha dəqiq olan Bolqarıstan klubu Ağdam təmsilçisini məğlub etdi (5:4).

Beləliklə, "Köhlən-atlar" avrokuboklarda mübarizəyə Konfrans Liqasında davam edəcək.

Görəsən, Qurban Qurbanovun komandasının növbəti mərhələyə keçə bilməməsinin əsas səbəbi nədir?

"Qarabağ" Konfrans Liqasında əsas raunda yüksəlməsi üçün hansı mövqeləri gücləndirməlidir?

Suallarımızı Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadova ünvanladıq.

Mütəxəssis mövzu ilə bağlı Sport1.az-a açıqlamasında Ağdam təmsilçisinin real qol epizodlarından yararlana bilmədiyini söylədi:

"Məğlubiyyətin əsas səbəbini komandanın məşqçilər korpusu daha yaxşı bilər. Üstünlük "Qarabağ"ın tərəfində olsa da, futbolçular qol epizodlarından yararlana bilmədilər.

Həm Bakıdakı, həm də səfərdəki matçda real imkanlar var idi. Hücumçu təkbətək epizodda fərqlənə bilmədi, ikinci dəfə isə künc zərbəsindən sonra təhlükəli vəziyyət yarandı.

Düzdür, Azərbaycan çempionatı ilə digər ölkələrdə oynayan klublar arasında böyük fərq var. Daxili liqada "Qarabağ" 5-6 qol vəziyyəti yaradıb heç olmasa birini vura bilir.

Avrokuboklarda ələ düşən hər bir epizoddan 100% istifadə etməlisən.

Penaltilər seriyasına gəldikdə isə, burada qapıçının üzərinə böyük iş düşür. Amma dünənki oyunda bu, sadəcə uğursuzluqla nəticələndi".

Veteran futbolçu təmsilçimizin növbəti rəqibi olan "Dinamo" (Kiyev) barədə də fikirlərini bölüşdü:

"Ukraynanın bir nömrəli klubudur. Həm SSRİ dövründə, həm də indi öz nüfuzunu saxlayır.

Düzdür, ölkə müharibə şəraitindədir, amma klubları və digər idman növləri üzrə komandaları Avropada çıxış edirlər.

Kiyev təmsilçisi II təsnifatda PAOK-a (Yunanıstan) uduzdu (2:3, 0:2). Bu, o demək deyil ki, onlar zəif komandadır.

Xeyr, müəyyən nüanslar ola bilər, amma hazırda klub öz imicini qoruyub saxlayır. Bizi çox gərgin oyunlar gözləyir".

Mütəxəssis Ağdam təmsilçisinin heyətinə cəlb etdiyi futbolçuların uyğunlaşması üçün müəyyən vaxta ehtiyac olduğunu dedi:

"Dünənki matçda da göründü ki, "Qarabağ" öz oyun üslubunu qoruyub saxlayıb.

Bəzi epizodlarda uğursuz çıxış ola bilər. Amma komandanın əsas oyun sxemi dəyişməz qalır. Hər iki matçda da aydın göründü ki, problem qol vəziyyətlərini dəyərləndirə bilməməkdədir. Bu bir faktdır və üzərində işləmək lazımdır.

Futbol elə bir oyundur ki, bir-iki oyunçunun getməsi ilə klub dağılmır. Amma gələnlər komandanın oyun sxeminə uyğunlaşmalıdırlar. Bunun üçün zamana ehtiyac var".

Müəllif: Həlimə Əliyeva
OXŞAR XƏBƏRLƏR