Danimarkada Avropa Futbol Klublarının (EFC) 33-cü Baş Assambleyası keçirilib.
Sport1.az xəbər verir ki, tədbirdə quruma üzv olan Azərbaycan klublarının nümayəndələri də iştirak ediblər.
Ölkəmiz Assambleyada "Qarabağ", "Sabah", "Neftçi", "Zirə", "Turan Tovuz", "Sumqayıt", "Şəfa" və "İmişli" klublarının rəsmiləri ilə təmsil olunub.
Tədbirdə EFC prezidenti Nasir Əl-Xəlaifi, UEFA prezidenti Aleksandr Çeferin iştirak ediblər.
900-dən çox klubu özündə birləşdirən qurum qitənin peşəkar futbol klublarını təmsil edən, UEFA və FİFA tərəfindən tanınan klub təşkilatıdır.