SON DƏQİQƏ
“Qarabağ”da zədədən əziyyət çəkən futbolçulardan birinin vəziyyətində müsbət dəyişiklik baş verib.
Sport1.az saytının əldə etdiyi məlumata görə, Ağdam təmsilçisinin hücumçusu Zakariya Savo komandanın sıralarına qayıdıb.
UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) komandasına qarşı keçirilən cavab oyununda zədələnən isveçli hücumçu müalicə prosesini başa vurub. O, artıq komanda ilə birlikdə məşqlərə başlayıb.
Qeyd edək ki, Zakariya Savo bu yay “Qarabağ”a qoşulub.