SOCAR və İtaliya Futbol Federasiyası arasında Strateji Əməkdaşlığa dair müqavilə imzalanıb.
Sport1.az xəbər verir ki, bu barədə qurumun prezidenti Rövşən Nəcəf sosial şəbəkə hesabı vasitəsilə məlumat verib.
Razılaşmaya əsasən, SOCAR 1 yanvar 2027-ci ildən 31 dekabr 2030-cu ilədək İtaliyanın kişi və qadınlardan ibarət futbol üzrə milli komandalarının Baş Qlobal Enerji Sponsoru olacaq.
Bu əməkdaşlıq SOCAR-ın İtaliyada uzunmüddətli fəaliyyətinin gücləndirilməsinə, beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına töhfə verəcək.