son dəqiqə SON DƏQİQƏ
UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib - 27 yaşlı niderlandlı rəsmən “Borussiya”da “Bavariya”nın futbolçusu huşunu itirib “Milan”dan ayrıla bilər “Barselona”ya keçidi rəsmiləşdi “Tottenhem”dən “Yuventus”a Güləşçimiz dünya üçüncüsü oldu Dünya çempionu vətənində çıxış edəcək Bundesliqaya qayıtdı “Kəpəz” yoxlama oyunu keçirəcək “Şəki”dən yeni transfer Serbiyalı yarımmüdafiəçi “Neftçi”də Seneqal millisində yeni təyinat DÇ: 3 güləşçimiz yarımfinalda Premyer Liqa klublarının yay transferləri "Qarabağ"ın "Tvente" ilə səfərdəki qarşılaşmasının hakim təyinatları "Cümə axşamı bu iki komandanın ilk görüşünün 17 ili tamam olacaq" Avropa Çempionatının Bakıdakı oyunlarının hakimləri açıqlanıb "Zaqatala" Raul Nağıyevlə anlaşıb Bu departament rəhbəri də AFFA-dan göndərildi "Neftçi" gənc oyunçu ilə bağlı qərarını açıqlayıb "Şahdağ Qusar"dan "Səbail"ə "Neftçi" bu futbolçu üçün 400 min avro təzminat ödəyəcək - "Ümid edirəm ki, yenə də mərhələni keçən tərəf bizim komanda olacaq" "Səbail" Türkiyə klubu ilə üz-üzə IJF-dən İlham Zəkiyevin yubiley çempionluğu ilə bağlı xüsusi yazı "Sabah" "Yuventus"la qarşılaşacaq Marko Yankoviç də "Qarabağ"dan ayrılacaq? - Futbolçunun özü danışdı

AFFA PFL-in bu səlahiyyətini əlindən aldı - ÖZƏL

Bölmə adı Premyer Liqa / Gündəm
Yayımlandı 13-08-2026, 16:49

Sabah Misli Premyer Liqasında 2026/27 mövsümünə start veriləcək.

Deyəsən, ötən "futbol ili"nin sonlarında buzlaşan AFFA – PFL münasibətləri hələ də əriməyib.

Büdcə problemləri səbəbindən PFL-in 4 ildir ki, bölgələrdəki matçların işıqlandırılması üçün reallaşdırdığı jurnalistlərin region layihəsi bu mövsüm olmayacaq. "Misli"nin sponsorluq məsələsi də yalnız starta bir neçə gün qalmış təsdiqləndi. 

Sport1.az qurumlar arasında yaşanan növbəti problemlə bağlı informasiya daxil olub.  AFFA-nın binasında nümayəndələrlə iclas keçirilib və bildirilib ki, onlara nəzarət PFL-dən alınaraq federasiyaya verilib. Bu mövsümdən etibarən təyinat məsələlərinə Hakimlər Departamentinin rəhbəri Bəhruz Teymurov nəzarət edəcək. 

Adı çəkilən şəxs artıq fəaliyyətə başlayıb. Bəhruz bəy özünə yaxın yeni şəxsləri də nümayəndə kimi qeydiyyatdan keçirmək üzrədir. AFFA-da koordinasiya işləri ilə məşğul olan İqbal Aslanov da tezliklə oyunlara təyinat alacaq. Bundan əlavə, Aslanov nümayəndələrlə iclasda da əsas tapşırıqları verən şəxs qismində çıxış edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR