Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasının D Divizionunda ikinci matçına çıxıb.
Sport1.az xəbər verir ki, 2-ci qrupda yer alan Ayxan Abbasovun komandası Bakıda Lixtenşteyn seçməsi ilə qarşılaşıb.
Görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
3 komandalı qrupda futbolçularımız ilk görüşdə Litva ilə səfərdə heç-heçə ediblər, Lixtenşteyn isə eyni rəqibə evdə uduzub.
UEFA Millətlər Liqası. D Divizonu. 3-cü tur
20:00 Azərbaycan - Lixtenşteyn 0:0
Baş hakim: Kristian-Petru Çioxirka
Yan xətt hakimləri: Maksimilian Vays, Mixael Obritsberger
Dördüncü hakim: Şafak Barmaksız
VAR: Manuel Şüttenqruber
AVAR: Alexander Harkam
Tofiq Bəhramov adına Respublika stadionu.