son dəqiqə SON DƏQİQƏ
Avropa Çempionatında Azərbaycanı təmsil edəcək idmançılar ● Azərbaycan millisinin matçlarını bu kanal canlı yayımlayacaq ● Daha 2 turun oyun cədvəli açıqlanıb ● Boksçularımız Budvaya yollanacaq ● Tanınmış yaponiyalı mütəxəssis tələbələr üçün ustad dərsi keçib ● "Turan Tovuz" - "Fənərbağça": Qərb təmsilçisindən azarkeşlərinə ● Federasiyanın yeni prezidenti bilindi ● "Zirə"nin üzvü millidə "parladı": ● Mikelsin milli komandası DÇ-2026-da çıxış etmiş komandanı üstələdi ● "Neftçi"nin futbolçusu millinin heyətində meydandan 3 xalla ayrıldı ● Pokatilovun komandası məğlub olub ● "Neftçi" - "Sabah" qarşılaşmasının biletləri satışa çıxarılır ● IV MDB Oyunlarına ev sahibliyi edəcək ölkənin adı müəyyənləşib ● MMA döyüşçüsü Tahir Abdullayevin UFC-də növbəti rəqibi müəyyənləşib ● U-21 Avropa Çempionatının seçmə mərhələsində 8 oyun baş tutacaq ● Elvin Kərbəla ziyarətinə yollandı ● Azərbaycanlı hakim Yunanıstan yığmasının matçına təyinat alıb ● AFFA rəsmisinə beynəlxalq təyinat ● Günün oyunları: ● Azərbaycan Basketbol Liqası: Yeni mövsümə start verilir ● FİBA Avropa Kuboku: "Neftçi" cavab matçına çıxır ● Millimiz Kilmarnokda Şotlandiya seçməsi ilə üz-üzə gəlir ● "Şəfa" rəhbərliyi Avropa Futbol Klubları Baş Assambleyasında ● Premyer Liqa klublarının yay transferləri ● İngiltərə Çexiyaya, İspaniya Xorvatiyaya qalib gəldi ● Köndələn su anbarında uşaq və yeniyetmələr üçün kayak təlimi keçirilib ● “Mingəçevir Reqatası-2026” beynəlxalq yarışına Füzulidə start verilib ● “Zirə”nin futbolçusu millidə fərqlənib ●

Tanınmış yaponiyalı mütəxəssis tələbələr üçün ustad dərsi keçib

Bölmə adı Cüdo
Yayımlandı Bu gün, 15:37

Ali məktəbin cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələr üçün praktiki ustad dərsləri təşkil olunub.

Sport1.az xəbər verir ki, məşğələlər Yaponiyanın tanınmış cüdo mütəxəssislərindən biri, Tokai Universitetində məşq sisteminin formalaşmasında iştirak etmiş VIII dan Kenji Mitsumoto tərəfindən aparılır.

Praktiki dərslər zamanı tələbələrə cüdo texnikalarının tədrisi, məşq prosesinin təşkili və müasir məşq metodlarının tətbiqi ilə bağlı biliklər təqdim olunur.

Məşğələlərdə ayrı-ayrı texniki elementlər əyani şəkildə nümayiş etdirilir, onların icra prinsipləri və tədris metodikası izah olunur.

Ustad dərslərinin keçirilməsində məqsəd gələcək məşqçilərin nəzəri biliklərinin praktiki hazırlıqla tamamlanmasına və beynəlxalq təcrübə ilə yaxından tanış olmalarına şərait yaratmaqdır.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR