son dəqiqə SON DƏQİQƏ
Çempionlar Liqasında 9 qol buraxan baş məşqçi qovuldu ● "Qalatasaray"ın əfsanəsi əlcəklərini mismardan asır ● Nəhənglərin dueli: Türkiyə Belçikaya, İtaliya Fransaya qarşı ● 12 illik həsrətə son ● "Qaradağ Lökbatan" qələbələri sıralayır, "Marafon" liderə çatmağa çalışır ● Nahid Xasıyevlə Kamil Aydınov güzəştə getmədilər ● Millimizin vacib oyununda bu şəxslər söz sahibi olacaqlar ● Qazaxıstanda Azərbaycan finalı: Qardaşlar fəxri kürsüdə ● “Xankəndi”nin doğma şəhərinə köçürülməsi planlaşdırılır ● UEFA-dan AFFA rəsmisinə növbəti təyinat ● Kaşuk vətəninə qayıda bilər ● "Səbail"də yeni təyinat: Tanınmış jurnalist vəzifəyə gətirildi ● Çempionlar Liqası: "Turan" qrup mərhələsinin bir addımlığındadır ● FİBA Çempionlar Liqası: "Sabah" "Trabzonspor"a qarşı ● "Komandada hərşey qaydasındadır" ● "Sona qədər mübarizə apardıq" ● "Mərkəzdən vurduğum qol heçvaxt yadımdan çıxmayacaq" ● "Yorulmuşam, yığmadan getməyin vaxtıdır" ● "Neftçi"nin ulduzuna Kiprdən təklif var? ● Emin Mahmudov "Neftçi"dən də gedir? ● "Neftçi" qapıçı axtarır? ● Litvalıdan Yevlaxdakı müsbət nəticələrlə bağlı səmimi ● Azərbaycan klublarının avrokubokda növbəti matçlarının ● "Şamaxı" "Sabah"ı büdrədərək "Neftçi"ni sevindirdi ● "Hypers" "Kür-Araz"ı qəbul edir, "Qaradağ Lökbatan" "Ağdaş"a qarşı ● Lənkəranın klubsuz qalmağı Azərbaycan futboluna zərbə vurur ● Güclü yağış bölgədə vacib oyunun keçirilməsinə mane oldu ● "Şamaxı"dan tarixi yubiley ●

"Turan Tovuz" - "İmişli" matçının yeri bu səbəbdən dəyişdirilib

Bölmə adı Premyer Liqa
Yayımlandı 30-09-2026, 17:37

Oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində qadın voleybolçular arasında Çempionlar Liqası çərçivəsində "Turan" - "Mladost" (Xorvatiya) qarşılaşmasının keçirilməsi ilə əlaqədar "Turan Tovuz" futbol klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

Sport1.az xəbər verir ki, klub müraciətində Misli Premyer Liqasının 8-ci turunda, oktyabrın 18-də keçirilməsi nəzərdə tutulan "Turan Tovuz" - "İmişli" qarşılaşması ilə 18-ci turda baş tutacaq "İmişli" – "Turan Tovuz" matçının məkanlarının dəyişdirilməsini xahiş edib.

PFL "Turan Tovuz" klubunun müraciətini və "İmişli"nin razılıq məktubunu nəzərə alaraq, ölkədə keçiriləcək Çempionlar Liqası qarşılaşmasının daha yaxşı təşkil olunması məqsədilə komandalar arasında I və II dövrələrdə keçiriləcək oyunların yerini dəyişib.

Misli Premyer Liqasının 8-ci turunun "Turan Tovuz" - "İmişli" oyunu oktyabrın 18-də, saat 15:00-da Yevlax şəhər stadionunda keçiriləcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR