SON DƏQİQƏ
Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərov Budapeştdə keçiriləcək Böyük Dəbilqə turnirində iştirak etməyəcək.
Sport1.az-a daxil olan məlumata görə, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı məşq zamanı ayağından zədə alıb.
Bu səbəbdən Heydərov Macarıstanın paytaxtında təşkil olunan və Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda tatamiyə çıxa bilməyəcək.
Qeyd edək ki, idmançımızın 1/32 finalda ilk rəqibi yerli cüdoçu Benedek Tot olmalı idi.