SON DƏQİQƏ
AFFA-da növbəti ayrılıq baş verib.
Sport1.az-a daxil olan məlumata görə, federasiyanın İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov vəzifəsindən uzaqlaşdırılıb.
Bu proses AFFA-nın baş katibi Cahangir Fərəcullayevin istəyi ilə baş verib.
Departament rəhbərinin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. Sən demə, Bayıl stadionunda təmir zamanı müəyyən istifadəyə yararlı təchizatlar, avadanlıqlar itib. AFFA-nın baş katibi Cahangir Fərəcullayev İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərovu tabeliyindəki işlərə nəzarət edə bilməməsini əsas gətirərək vəzifəsindən azad edib.
Maraq üçün bildirək ki, federasiyada ciddi islahatlar baş verir. Bir çox şəxslər, departament rəhbərləri işdən azad olunublar.
Prosesi diqqətlə izləyirik. Tezliklə yeni məlumatları oxucularımızın diqqətinə çatdıracağıq.