son dəqiqə SON DƏQİQƏ
"Çox hücum etməli, dominant oyun sərgiləməliyik" ● "Üzərimizdə məsuliyyət var" ● Lixtenşteynin baş məşqçisi: “Azərbaycan favoritdir” ● Stolüstü tennisçilərimiz Gürcüstanda 5 bürünc medal qazandılar ● Beynəlxalq Autizm Mərkəzinin şagirdləri "Neftçi"nin qonağı olublar ● "Turan Tovuz" - "İmişli" matçının yeri bu səbəbdən dəyişdirilib ● Azərbaycanın klub rəsmiləri mötəbər tədbirdə iştirak ediblər ● Avropa Çempionatında Azərbaycanı təmsil edəcək idmançılar ● Azərbaycan millisinin matçlarını bu kanal canlı yayımlayacaq ● Daha 2 turun oyun cədvəli açıqlanıb ● Boksçularımız Budvaya yollanacaq ● Tanınmış yaponiyalı mütəxəssis tələbələr üçün ustad dərsi keçib ● "Turan Tovuz" - "Fənərbağça": Qərb təmsilçisindən azarkeşlərinə ● Federasiyanın yeni prezidenti bilindi ● "Zirə"nin üzvü millidə "parladı": ● Mikelsin milli komandası DÇ-2026-da çıxış etmiş komandanı üstələdi ● "Neftçi"nin futbolçusu millinin heyətində meydandan 3 xalla ayrıldı ● Pokatilovun komandası məğlub olub ● "Neftçi" - "Sabah" qarşılaşmasının biletləri satışa çıxarılır ● IV MDB Oyunlarına ev sahibliyi edəcək ölkənin adı müəyyənləşib ● MMA döyüşçüsü Tahir Abdullayevin UFC-də növbəti rəqibi müəyyənləşib ● U-21 Avropa Çempionatının seçmə mərhələsində 8 oyun baş tutacaq ● Elvin Kərbəla ziyarətinə yollandı ● Azərbaycanlı hakim Yunanıstan yığmasının matçına təyinat alıb ● AFFA rəsmisinə beynəlxalq təyinat ● Günün oyunları: ● Azərbaycan Basketbol Liqası: Yeni mövsümə start verilir ● FİBA Avropa Kuboku: "Neftçi" cavab matçına çıxır ●

Lixtenşteynin baş məşqçisi: “Azərbaycan favoritdir”

Bölmə adı Millətlər Liqası
Yayımlandı Bu gün, 18:50

Lixtenşteyn milli komandası UEFA Millətlər Liqası D2 qrupu çərçivəsində sabah Bakıda Azərbaycan yığması ilə üz-üzə gələcək.

Sport1.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Konrad Fünfştük matçdan əvvəl keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

“Üç gün əvvəl Maltayla oynadıq. Azərbaycanla oyunu səbirsizliklə gözləyirik. Yaxşı hazırlaşmışıq. Düşünürəm ki, müsbət nəticə əldə edə biləcəyik. Rəqibin Litva ilə oyununu təhlil etmişik. Onlar cütün favoritidirlər. Lakin sabah hər şeyin necə olacağını görəcəyik. Azərbaycan yığması yarımmüdafiədə və hücumda təhlükəlidir. Zədəli oyunçularımız yoxdur. Bu da bizim üçün çox vacibdir”.

- ​25 il əvvəl Lixtenşteyn millisində Azərbaycana qarşı yarıpeşəkar futbolçular oynayırdılar. İndi vəziyyət necədir?

- Bu gün də vəziyyət eynidir. Bizdə hələ də bir çoxunun futboldan başqa digər peşələri də var. Sizin futbolçularınız Çempionatlar Liqasında çıxış etmək təcrübəsinə malikdirlər. Biz bunu bilirik.

- ​Son oyunlarınızda müsbət nəticələriniz azdır. Sabah nə etməyi düşünürsünüz?

- Biz 40 min əhalisi olan cırtdan ölkəyik. Sabahkı oyunun favoriti Azərbaycandır. Biz təkcə nəticə haqqında düşünmürük, həm də yaxşı oyun nümayiş etdirmək istəyirik. Sabah azarkeşlərə göstərmək istəyirik ki, biz də pis komanda deyilik.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR