"Sabah"ın futbolçusu Coy-Lens Mikels Ruanda yığmasında Afrika Millətlər Kubokunun növbəti matçına çıxıb.
Sport1.az xəbər verir ki, komanda 2-ci turda qarşılaşdığı Kabo Verdeni məğlub edib - 2:1.
Mikels duelə əsas heyətdə başlayıb və ikinci qolun məhsuldar ötürməsinin müəllifi olub.
"Zirə"nin uğurları üçün çalışan Ange Mutsinzi də Ruanda millisinin heyətində sona qədər oyunda qalıb.
Xatırladaq ki, Kabo Verde seçməsi DÇ-2026-da iştirak edib.