son dəqiqə SON DƏQİQƏ
"Daha çox azarkeş gözləyirik, biz Bakını təmsil edirik" ● "Slaviya"nın baş məşqçisi Yindrix: ● "Sabah" UEFA Çempionlar Liqasında ilk qələbəsini qazandı ● Millimiz "Antalyaspor"u məğlub edib ● Çempionlar Liqası: "Qalatasaray" "Barselona" ilə üz-üzə ● FİBA Avropa Kuboku: "Gəncə" ilk ev matçında məğlub olub ● "Sabah" - "Slaviya": ● "Şəmkir" çətinliklə xal qazandı ● "Kür-Araz" darmadağın edildi ● "Marafon"dan "Ağdaş"a 5 qol ● Millimiz Qazaxıstana yollanıb ● Millimiz Dünya Çempionatından öncə təlim-məşq toplanışı keçirəcək ● II Liqa: "Dinamo" və "Marafon" darmadağınla qələbə qazandı ● "Xankəndi" klubunda yeni təyinat ● UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası uduzub ● Bölgə təmsilçisinin formasında problem çıxdı, klub cərimələndi ● AFFA I Liqa klublarını cərimələdi ● Azarkeşlər bölgə təmsilçisini ziyana saldı ● Bölgə klubunun formasında problem çıxdı, oyun gec başladı ● AFFA paltardəyişmə otağına ziyan vuran klubu cərimələdi ● Rəqib komandanın futbolçularını təhqir edənlər cəzalandırıldı ● AFFA "Araz-Naxçıvan"ı "Kəpəz"lə oyundan sonra cərimələdi ● PFL II Liqada ayın ən yaxşı qolunu seçdi ● Əliyar Ağayev Avropa Liqasının əsas mərhələ matçında iş başında olacaq ● U-23 Dünya Çempionatı: Azərbaycan millisi turnirə bərabərliklə başladı ● Elçin Məsiyev UEFA Avropa Liqasının əsas mərhələ matçına təyinat alıb ● Günün oyunları: ● MPL: "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılıb ●

"Biz bu ekosistemdəki missiyamızı şərəflə yerinə yetiririk" - AÇIQLAMA

Bölmə adı Manşet / Özəl
Yayımlandı 21-09-2026, 15:41

"Sürətli qarşılaşma oldu. Hesab edirəm ki, matç azarkeşlər üçün də maraqlı keçdi".

Bu sözləri Sport1.az-a açıqlamasında "Şamaxı"nın İdarə Heyətinin Sədri Elçin Usub deyib.

Klub rəsmisi Misli Premyer Liqasının 6-cı turunun "Araz-Naxçıvan"la oyunundan sonra (2:1) dueli belə dəyərləndirdi:

"Rəqibimiz həm yerli, həm də xaricdən gələn kifayət qədər yüksək keyfiyyətli oyunçulardan komplektləşdirilib. Asan olmadı. Futbolçuların oyun üslubunda olan bəzi qüsurlar həyəcandan irəli gəlirdi. Keyfiyyət baxımından çatışmazlıq vardı. Əsas odur ki, nəticə bizim üçün yaxşı oldu. Bundan sonra da azarkeşlərimizi sevindirəcəyik, inşallah".

Elçin Usub hakimlərin həmin görüşdəki çıxışı barədə bunları dedi:

"Keçən dəfə də bildirmişdim ki, hakimliklə bağlı heç bir şərh vermirəm. Mövqeyimdə heç nə dəyişməyib. Hakimlərlə bağlı sadəcə bir şeyi qeyd edə bilərəm: birincisi, onlar da insandırlar və səhv etmək hər bir şəxsə məxsus xüsusiyyətdir. Oyunu izləyəndə 100 faizlik qol epizodlarının yarandığı görünürdü. Kənardan baxanda deyirsən ki, bunu vurmaq lazımdır, amma futbolçular vura bilmir. Yəni, kənardan baxanda asan görünür. Səhv hamıda ola bilər. Əsas məsələ odur ki, biz hakimliyə institusional bir təsisat kimi yanaşmalıyıq. Çünki hakimlər olmasa, xaos yaranar. Biz ayrı-ayrı hakimlərin fərdi performansına deyil, bütövlükdə hakimlik institutuna fokuslanmalı və bu təsisata hörmətlə yanaşmalıyıq. Qalan məsələlər zamanla düzələcək. Mənim üçün əsas budur. Ona görə də heç vaxt hakimlik barədə danışmıram. Bu təsisat olmadan futbol mümkün deyil".

"Şamaxı" rəsmisi yığmamızın Millətlər Liqası çərçivəsindəki matçlarından da söz açdı:

"Ayxan Abbasov başda olmaqla komandamıza, millimizə uğurlar arzulayıram... Fürsətdən istifadə edib sizə bir məsələ barədə danışmaq istəyirəm. "Şamaxı" adına bu nüansa görə çox sevinirəm: biz bu ekosistemdəki missiyamızı da şərəflə yerinə yetiririk. Yəni, yerli gənc futbolçuların inkişafına dəstək vermək və milli komandalar üçün oyunçu yetişdirmək işini düzgün görürük.

Bilirsiniz ki, əsas və aşağı yaş qrupları üzrə millilərə "Şamaxı"dan 8 oyunçu dəvət alıb. Premyer Liqada ən aşağı büdcəli komandanın millilərə 8 futbolçu göndərməsi təqdirəlayiq haldır və bizim üçün əsas prioritet budur.

Milli komandanın oyunlarına gəldikdə isə, əminəm ki, Ayxan müəllim başda olmaqla hər kəs vəziyyətin ciddiliyini dərk edir. D Liqasında oynamaq bizə yaraşmaz. Futbol oynamağı bacaran ölkəyik. "Şamaxı" komandası olaraq bunu meydanda göstəririk. İnanıram ki, həm əsas komandamız, həm də U-21 yığmamız Azərbaycanın futbol oynamağı bacardığını sübut edəcək.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR