son dəqiqə SON DƏQİQƏ
"Daha çox azarkeş gözləyirik, biz Bakını təmsil edirik" ● "Slaviya"nın baş məşqçisi Yindrix: ● "Sabah" UEFA Çempionlar Liqasında ilk qələbəsini qazandı ● Millimiz "Antalyaspor"u məğlub edib ● Çempionlar Liqası: "Qalatasaray" "Barselona" ilə üz-üzə ● FİBA Avropa Kuboku: "Gəncə" ilk ev matçında məğlub olub ● "Sabah" - "Slaviya": ● "Şəmkir" çətinliklə xal qazandı ● "Kür-Araz" darmadağın edildi ● "Marafon"dan "Ağdaş"a 5 qol ● Millimiz Qazaxıstana yollanıb ● Millimiz Dünya Çempionatından öncə təlim-məşq toplanışı keçirəcək ● II Liqa: "Dinamo" və "Marafon" darmadağınla qələbə qazandı ● "Xankəndi" klubunda yeni təyinat ● UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası uduzub ● Bölgə təmsilçisinin formasında problem çıxdı, klub cərimələndi ● AFFA I Liqa klublarını cərimələdi ● Azarkeşlər bölgə təmsilçisini ziyana saldı ● Bölgə klubunun formasında problem çıxdı, oyun gec başladı ● AFFA paltardəyişmə otağına ziyan vuran klubu cərimələdi ● Rəqib komandanın futbolçularını təhqir edənlər cəzalandırıldı ● AFFA "Araz-Naxçıvan"ı "Kəpəz"lə oyundan sonra cərimələdi ● PFL II Liqada ayın ən yaxşı qolunu seçdi ● Əliyar Ağayev Avropa Liqasının əsas mərhələ matçında iş başında olacaq ● U-23 Dünya Çempionatı: Azərbaycan millisi turnirə bərabərliklə başladı ● Elçin Məsiyev UEFA Avropa Liqasının əsas mərhələ matçına təyinat alıb ● Günün oyunları: ● MPL: "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılıb ●

"Şamaxı"ya məğlub olmalı deyildik, amma uduzduq və çox məyusuq"

Bölmə adı Manşet / Özəl
Yayımlandı 21-09-2026, 18:26

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 6-cı turunda "Şamaxı"ya məğlub olub - 1:2.

Həmin görüşdən sonra Muxtar Respublika təmsilçisinin prezidenti Ceyhun Sultanovun Sport1.az saytına müsahibəsini təqdim edirik:

- Matçla bağlı təəssüratlarınız maraqlıdır...

- "Şamaxı"nı təbrik edirəm. Uduzmamalıydıq. Belə oyunlarda rəqiblərinə qalib gəlməlisən. Əfsuslar olsun, bu dəfə də eyni səhvlər təkrarlandı və məğlub olduq. Ümumilikdə, komandamız yaxşıdır, inanıram və düşünürəm ki, gələcəkdə daha yaxşı olacaq.

- Yay "transfer pəncərəsi"ndə komandaya cəlb etdiyiniz oyunçuların performansından nə dərəcədə razısınız?

- Turnir cədvəli razı olmadığımızı göstərir. Oyunçuların potensialları var, amma bunu meydanda nümayiş etdirə bilmirlər. Keyfiyyət baxımından bir neçə futbolçumuzu itirdik. Yeni gələnlər həmin səviyyədə olmasalar belə, pis futbolçu deyillər. Oyunçuda məsuliyyət olmalıdır. Meydana məsuliyyətsiz çıxırlarsa, nəticə də belə olur. "Şamaxı"ya məğlub olmalı deyildik, amma uduzduq və məyusuq.

- Necə düşünürsünüz, "Araz-Naxçıvan" bu heyətlə mövsümün sonunda ilk "6-lıq"da qərarlaşa bilər?

- Bunu indidən deməyə çətinlik çəkirəm. Zaman göstərəcək. Tam arxayın və rahat şəkildə nəsə deyə bilmirəm. Bu, bir qədər çətin görünür."

- Ağadadaş Salyanski "Şamaxı" ilə dueldə komandanın ən yaxşı oyunçusu idi. "Araz-Naxçıvan" hücumçu ilə daha uzunmüddətli müqavilə imzalaya bilər?

- Ağadadaşı "Neftçi"dən icarəyə götürmüşük. Müqavilə ilə həmin kluba məxsusdur. Gələcəkdə "Neftçi" onu heyətə cəlb etməsə, Ağadadaşı komandamızda saxlamaq istərdik.

- Millətlər Liqasının D Liqası çərçivəsində yığmamızdan gözləntiləriniz nələrdir?

- Çempionatda çıxış edən oyunçuların performansı aşağı olanda milliyə gedəndə də çətinlik çəkirlər. "Araz-Naxçıvan"dan da yığmaya 2 futbolçu çağırılıb. Oyunçular dərk etməlidirlər ki, klubda necə məsuliyyətlisənsə, millidə də elə olmalısan.

Hər oyuna qələbə üçün çıxmalıyıq. Rəqiblər komandamısın səviyyəsinə uyğundur. Portuqaliya kimi nəhənglərlə qarşılaşmayacağıq. Bu heyətlə nəsə etmək olar. Lakin C Liqasına yüksəlmək yetərli olmaya bilər. D Liqasında birinci yeri tutmalıyıq. Ümid edirəm ki, Ayxan Abbasov yaxşı iş ortaya qoyacaq.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR