son dəqiqə SON DƏQİQƏ
Növbəti raundun daha 3 iştirakçısı müəyyənləşib 22 yaşlı müdafiəçi “Şamaxı”da ÇL: "Sabah"ın növbəti mərhələdəki rəqibi müəyyənləşib Millimiz dünya ikincisi oldu Vernidub: “Nəyə qadir olduğumuzu göstərmək istəyirik” Henrik Oyamaa: “Çox maraqlı və həyəcanlı oyun olacaq” Dünya Çempionatında daha 3 medal Qurban Qurbanov: “Yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq” Aaron Maluda: “Bazel”in ambisiyaları mənim məqsədlərimlə üst-üstə düşür” ÇSKA-nın baş məşqçisi: “Güclü tərəflərimizi nümayiş etdirməliyik” Tahir Gözel Bolqarıstana yollanıb I Liqada çıxış edəcək UEFA-dan FİFA-nın Dünya Kuboku planına sərt reaksiya “Sabah”dan “Bazel”ə İcra başçısı "Kəpəz"in İdarə Heyətinin sədri ilə görüşdü Daha 5 il “İnter”də DÇ-nin qəhrəmanı yeni klubunu tapdı “Payde”nin baş məşqçisi: “Nə etmək lazım olduğunu bilirik” Cüdo üzrə Liqa yarışının III turu start götürüb "Tarixin yazıldığı sehrli bir gecə" İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi Millimizin üzvü Macarıstanda legioner həyatı yaşayacaq "Qarabağ"ın sabiq qapıçısı Super Liqa klubu ilə müqavilə imzaladı Federasiya tərəfindən Gədəbəydə taekvondo tədbiri keçiriləcək "Qarabağ" Bolqarıstana yollandı Premyer Liqa klublarının yay transferləri "Şəfa" müdafiəçisi ilə vidalaşdı "Zirə"nin müdafiəçisi: "Biz də bütün hazırlıqlarımızı bu yöndə aparmışıq"

Rebrov: “Azərbaycan milisi İslandiya ilə oyundakı kimi deyildi”

Bölmə adı Dünya Çempionatı
Yayımlandı 9-09-2025, 22:56

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov Azərbaycanla oyunda qeydə alınan heç-heçə (1:1) barədə danışıb.

Sport1.az xəbər verir ki, o, Bakıda keçirlən DÇ-2026-nın D qrupunun 2-ci turundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Oyunu necə qiymətləndirirsiniz? Ukrayna millisində nə alınmadı?

- Sadəcə, qələbə qazanmaq alınmadı və kifayət qədər qol imkanları yarada bilmədik. Cərimə meydançasına uzun ötürmələri yalnız son 15 dəqiqədə etməyə başladıq. Bunu daha tez gerçəkləşdirmək lazım idi. Başa düşürəm ki, rəqibin beş müdafiəçinə qarşı oynamaq çətin idi.

- Azərbaycan millisi oyunu ilə sizi nə ilə təəccübləndirdi? Yəqin onlardan belə bir oyunu çox da gözləmirdiniz. Niyə bu gün qələbə qazanmaq mümkün olmadı?

- Birincisi, belə meydançada epizodlar yaratmaq üçün çox ağır idi. İkincisi, rəqib tamamilə başqa cür oynadı. Bu, İslandiyaya qarşı oyun kimi deyildi. Onlar çox sıx oynadılar və heç bir zona vermədilər. Biz daha çox cərimə meydançasına top göndərməli və daha çox imkan yaratmalı idik. Amma təəssüf ki, bacarmadıq.

- Qapımıza penalti təyin olunmadı, amma sonra Zinçenkonun əlinə toxunmaya görə penalti verildi. Bu, oyuna təsir etdi? (ukraynalı jurnalistin sualı - red.)

- Bəli, bizə penalti verildikdə oyunumuz pozuldu. Amma əgər 3-cü dəqiqədə rəqib qapısına penalti verilmirsə, düşünmürəm ki, bu, oyunumuzu dəyişərdi. Hakimin qərarıdır, VAR-da yoxladılar, mən bunu şərh edə bilmərəm.

– Bu gün iki hücumçu ilə oynamaq variantını nəzərdən keçirmişdinizmi və niyə bundan imtina etdiniz?

– İslandiya da Azərbaycanı 5:0 hesabı ilə bir hücumçu ilə məğlub etmişdi. Dünən İspaniya da Türkiyəni 6:0 hesabı ilə bir hücumçu ilə uddu. Məncə, burada önəmli olan hücumçuların sayı deyil, oyunçuların funksiyalarıdır. Mən deməzdim ki, biz bir hücumçu ilə oynadı. Çünki hücum xəttində üç futbolçumuz var idi.

– Razısınızmı ki, belə bir oyunda Ukrayna millisinin Andrey Yarmolenkoya ehtiyacı oldu?

– Yarmolenkonun mövqeyində iki futbolçu zədələndi. Təəssüf ki, biz bunu nəzərə almamışdıq. Əgər belə bir vəziyyət olacağını bilsəydim, Yarmolenkonu dəvət edərdim.

- Hesab 1:0 olanda və bizə qol lazım olanda, son üç həftədə cəmi 15 dəqiqə oynamış Vanat meydanı tərk etdi. Niyə?

- Çünki bizə qol lazım idi, amma həkim dedi ki, o, müəyyən narahatlıq hiss edir, buna baxmayaraq oynamağa razılıq verib. Bizə isə oyunda intensivlik lazım idi. Əgər oyunçu narahatlıq hiss edirsə, onun 100 faiz güc göstərməsi çətin olur.

- Qarşıda oyunlarımız var. Siz anlayırsınız ki, artıq səhv etmək haqqımız yoxdur və bu oyunlar bizim üçün çətin olacaq?

- Mən bunu bu oyundan əvvəl də anlayırdım. Amma futbol belə bir oyundur. Belə müdafiəni sındırmaq çətindir, xüsusilə də bu cür meydançada. Mən futbolçulara dedim ki, artıq növbəti oyunu düşünmək lazımdır, çünki xal itirmək şansımız qalmayıb.

- Bu oyundan sonra özünüzü necə hiss edirsiniz?

- Çox məyus oldum, çünki qələbə qazanmadıq və kifayət qədər imkan da yarada bilmədik.

- Azarkeşlərinizə nə demək istəyərsiniz?

- Səbrli olsunlar və növbəti oyunu gözləsinlər. Biz qələbə üçün əlimizdən gələni edəcəyik.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR