son dəqiqə SON DƏQİQƏ
Portuqaliya yığması Danimarkaya, Niderland seçməsi Yunanıstana qarşı ● Günün oyunları: ● Millimiz səfərdə belə məğlub oldu ● Yığmamız UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Millimiz Kilmarnokda Şotlandiya seçməsi ilə üz-üzə gəlib ● “Sabah”ın baş məşqçisi: “Qələbə bizim üçün vacib idi” ● Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib ● “Neftçi” Avropa Kubokunun əsas mərhələsində ● ABL-də yeni mövsümə start verilib ● Yığmamızın rəqibləri bəlli oldu ● "Mingəçevir Reqatası-2026"nın 2-ci günündə idmançılarımızdan 7 medal ● "Çox hücum etməli, dominant oyun sərgiləməliyik" ● "Üzərimizdə məsuliyyət var" ● Lixtenşteynin baş məşqçisi: “Azərbaycan favoritdir” ● Stolüstü tennisçilərimiz Gürcüstanda 5 bürünc medal qazandılar ● Beynəlxalq Autizm Mərkəzinin şagirdləri "Neftçi"nin qonağı olublar ● "Turan Tovuz" - "İmişli" matçının yeri bu səbəbdən dəyişdirilib ● Azərbaycanın klub rəsmiləri mötəbər tədbirdə iştirak ediblər ● Avropa Çempionatında Azərbaycanı təmsil edəcək idmançılar ● Azərbaycan millisinin matçlarını bu kanal canlı yayımlayacaq ● Daha 2 turun oyun cədvəli açıqlanıb ● Boksçularımız Budvaya yollanacaq ● Tanınmış yaponiyalı mütəxəssis tələbələr üçün ustad dərsi keçib ● "Turan Tovuz" - "Fənərbağça": Qərb təmsilçisindən azarkeşlərinə ● Federasiyanın yeni prezidenti bilindi ● "Zirə"nin üzvü millidə "parladı": ● Mikelsin milli komandası DÇ-2026-da çıxış etmiş komandanı üstələdi ●

Azərbaycan millisi ilk görüşünü Şimali Makedoniyaya qarşı keçirəcək

Bölmə adı Basketbol
Yayımlandı 9-09-2025, 13:33

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin 2029-cu ildə keçiriləcək Avropa çempionatının ilkin təsnifat mərhələsindəki oyun cədvəli müəyyənləşib.

Sport1.az xəbər verir ki, yığmamız ilk oyununa səfərdə çıxacaq.

Komandamızın rəqibi Şimali Makedoniya olacaq. Basketbolçularımız son matçda isə evdə İrlandiyanı qəbul edəcəklər.

2025-ci il
27 noyabr
Şimali Makedoniya - Azərbaycan

30 noyabr
Azərbaycan - Lüksemburq

2026-cı il
27 fevral
İrlandiya - Azərbaycan

2 mart
Azərbaycan – Şimali Makedoniya

2 iyul
Lüksemburq - Azərbaycan

5 iyul
Azərbaycan - İrlandiya

Qeyd edək ki, qruplarda komandalar dairəvi sistemlə (hər biri bir-biri ilə) ev və səfər formatında qarşılaşacaqlar. A qrupunda hər komanda 6 oyun, B və C qruplarında isə hər komanda 4 oyun keçirəcək. Hər qrupun qalibi (1-ci yeri tutan komanda) birbaşa növbəti mərhələyə yüksələcək.

Ən yaxşı ikinci yerlərdən biri də əlavə olaraq irəliləyə bilər (FIBA-nın ümumi reqlamentinə görə, qrupların balansı üçün). A qrupunda 4 komanda olduğuna görə, ən yaxşı qrup ikincisi uğrunda mübarizədə sonuncu pilləni tutmuş komanda ilə oyunların nəticələri hesablanmayacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR