son dəqiqə SON DƏQİQƏ
Portuqaliya yığması Danimarkaya, Niderland seçməsi Yunanıstana qarşı ● Günün oyunları: ● Millimiz səfərdə belə məğlub oldu ● Yığmamız UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Millimiz Kilmarnokda Şotlandiya seçməsi ilə üz-üzə gəlib ● “Sabah”ın baş məşqçisi: “Qələbə bizim üçün vacib idi” ● Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib ● “Neftçi” Avropa Kubokunun əsas mərhələsində ● ABL-də yeni mövsümə start verilib ● Yığmamızın rəqibləri bəlli oldu ● "Mingəçevir Reqatası-2026"nın 2-ci günündə idmançılarımızdan 7 medal ● "Çox hücum etməli, dominant oyun sərgiləməliyik" ● "Üzərimizdə məsuliyyət var" ● Lixtenşteynin baş məşqçisi: “Azərbaycan favoritdir” ● Stolüstü tennisçilərimiz Gürcüstanda 5 bürünc medal qazandılar ● Beynəlxalq Autizm Mərkəzinin şagirdləri "Neftçi"nin qonağı olublar ● "Turan Tovuz" - "İmişli" matçının yeri bu səbəbdən dəyişdirilib ● Azərbaycanın klub rəsmiləri mötəbər tədbirdə iştirak ediblər ● Avropa Çempionatında Azərbaycanı təmsil edəcək idmançılar ● Azərbaycan millisinin matçlarını bu kanal canlı yayımlayacaq ● Daha 2 turun oyun cədvəli açıqlanıb ● Boksçularımız Budvaya yollanacaq ● Tanınmış yaponiyalı mütəxəssis tələbələr üçün ustad dərsi keçib ● "Turan Tovuz" - "Fənərbağça": Qərb təmsilçisindən azarkeşlərinə ● Federasiyanın yeni prezidenti bilindi ● "Zirə"nin üzvü millidə "parladı": ● Mikelsin milli komandası DÇ-2026-da çıxış etmiş komandanı üstələdi ●

Bu sahəyə cavabdeh olanlar xalqın pulunu talamaqla məşğuldurlar - YAZI

Bölmə adı Yazı / Manşet
Yayımlandı 8-09-2025, 22:32

Ehtiyac içində yaşayan xalqın pulları ilə nə vaxta qədər dədə malı kimi davranacaqsınız?!

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Cahangir Fərəcullayev bildirib ki, futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş istefaya göndərilib. Son on ildə dəfələrlə bu tip bəyanatların şahidi olmuşuq və bu günə qədər kiminsə səhv seçim etdiyinə görə cəzalandırıldığının şahidi olmamışıq. Özü də hər dəfə təyinat olmamışdan əvvəl bu təyinatların uğursuz olacağı barədə mətbuatda yüzlərlə yazı yayılıb.

Elə Fernandu Santuş xəbəri çıxan kimi şəxsən özüm onlarla yazı oxudum ki, bu adam Portuqaliya yığmasından kənarlaşdırılandan sonra heç bir yerdə uğur qazanmayıb və hər yerdən də qalmaqalla qovulub. Bu məlumatlar ola-ola 70 yaşlı bir adamın milli komandaya baş məşqçi təyin edilməsinin təşəbbüskarı və təyinatçısı kim olub?! Ona qədər olan uğursuz təyinatla bağlı bir nəfər də məsuliyyət daşımayıb. Bu dəfə də tədbir görülməsə deməli, ən azından ölkənin bu sahəsində dərəbəylikdir və bu sahəyə cavabdeh olanlar ancaq xalqın pulunu talamaqla məşğuldurlar.

Qeyd edim ki, müqaviləyə vaxtından əvvəl xitam verilməsi heç də bu günə qədər itirilmiş pullar deyil, həm də vaxtından əvvəl müqavilənin pozulmasına görə ödəniləcək cərimələrdir. Ona görə də AFFA bu günə kimi nə qədər ödənilməsi və müqaviləyə vaxtından əvvəl xitam verildiyinə görə hansı təzminat ödənildiyi barədə hesabat verməlidir. Bir daha təkrar edirəm ki, həmin pullar xalqa məxsus olan pullardır.

P.S. Rövnəq Abdullayev getdi, indi problem nədir? Bəlkə problem fərdlərdə deyil, sistemdədir?!

Tanınmış hüquqşünas Aslan İsmayılov

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR