22:06 23.05.2026 16

Rəşad Sadıqov: “Ötən illə müqayisədə…”

Misli Premyer Liqasının XXXIII turunun “Araz-Naxçıvan” – “Zirə” oyunundan (3:2) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.


Sport1.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:


“Mövsümün son oyunu idi. Həqiqətən, avrokuboklara şansımız qalmadığı üçün matça köklənmək çətin oldu. Buna baxmayaraq, futbolçular əzmkar oyun göstərdilər. Bugünkü matç, dünən burda baş tutan “Sumqayıt” – “Qarabağ” oyunu (3:4) və digərləri, iddia qalmasa da, maraqlı keçdi. Bütün kollektivlər sona qədər mübarizə apardılar. Bu gün qələbə də qazana bilərdik, yaxşı şanslarımız oldu. Sadə səhvlərdən qollar buraxdıq. Mövsümü bitirdik, gələcəyi düşünmək lazımdır. Kollektivimizə, azarkeşlərimizə, rəhbərliyimizə dərin minnətdarlığımızı bildirirəm. Üç cəbhədə də sona qədər mübarizə apardıq. Hər birində son anda nəticəni əldən verdik. Vacib məqam odur ki, futbolçular əzmkar oynadılar. Nələrsə alınmadı, bunlardan nəticə çıxarmalıyıq”.


– Çempionatı necə dəyərləndirərdiniz?
– Mükafatçıları, hamını təbrik edirəm. Avrokuboklarda iştirak edəcək komandalara uğurlar arzu edirəm, hər biri buna layiq idi. Bəzi məyus edən tərəflər var idi – meydançalar, oyunların fərqli stadionlarda keçirilməsi. Ancaq bu gün məğlub olan tərəfik, istədiyimiz nəticə olmadığı üçün çox şeyi danışmayacağam, fərqli anlaşıla bilər.


– Buraxdığınız birinci qolda qapıçının kobud səhvi oldu. İkinci qolda da sanki hakim xətası var idi…
– Aydın Bayramov özü də başa düşür ki, ilk qol onun məsuliyyəti idi. Amma Patrik Andrade də ağıllı zərbə vurdu. İkinci qoldan baş açmadım, VAR çağırdı, amma hakim öz qərarında qaldı. Sonuncu dəfə bizdə belə şey olanda, uzun müddət danışıldı. Görək, bu dəfə izah necə olacaq… Ümumiyyətlə, son iki matçda qaçırdığımız şanslar, buraxdığımız qollar ümumi mövsümün mənzərəsidir. Ötən illə müqayisədə daha yaxşı oyunlarımız oldu. Amma nəticələr olanda hər şey əla hesab edilir, nəticə olmayanda isə neqativ məqamlar önə çıxarılır.


– Mükafatçılardan üçü əcnəbi baş məşqçidir…
– İstər yerli, istərsə də əcnəbilər ambisiyalı komandalara gəliblər. “Sabah”, “Neftçi”… “Turan Tovuz”a gəlincə, Berdıyevdən əvvəl Ayxan Abbasov orda yaxşı sistem qurmuşdu. Berdıyev də əlavələr edib, transferlər götürməklə fərqli səviyyəyə apardı. Amma məsələ tək əcnəbilərlə bağlı deyil. Klublar, klub rəhbərləri ciddi işlər görürlər, bunu danmaq olmaz. Hazırda iddialı komandalar ciddi seleksiya aparırlar. Bu, təkcə yuxarı pillələrdə qərarlaşanlara deyil, orta sıralarda olanlara da aiddir. Bu gün klub rəhbərləri çalışır ki, çempionatın səviyyəsi artsın və rəqabətə tab gətirsinlər. 8 il əvvələ boylansaq, görərik ki, klubların formalaşmasına çox vəsait ayrılmayıb. Amma bu gün hamı əlindən gələni edir. İnanıram ki, bu mövsüm ən azı üç klubumuz avrokuboklarda pley-off oynayacaq.


– Maliyyə məsələsi vacibdir. Sizdən daha yüksək büdcəsi olanlarla rəqabət aparmaq çətin deyil?
– Çətin deyil, amma əsas məsələ yayda seleksiyanı yaxşı etməkdir. Növbəti mövsüm daha rəqabətli yarış olacaq. Əlimizdən gələni edəcəyik ki, buna tab gətirə bilək. Uzun illərdir, Azərbaycanda əsas hədəf avrokuboklara qatılmaqdır. Son iki ildə ikinci olmuşduq, avrokuboklarda pley-offlara getmişdik. Rəqiblər də bizə fərqli köklənirdi. Fikrimcə, növbəti mövsüm bizim üçün daha yaxşı olacaq.


– Klub rəhbərliyi bu gün oyunu stadiondan izləyirdi. Sizcə, növbəti mövsümdə də bu hal davamlı olacaq?
– Orxan Məmmədov futbolu sevir. Bu klub 12 ildir fəaliyyət göstərir. Son 6 ildə mən də burdayam. Orxan müəllim, nəticələr pis olanda da komandanı tənqid etməyib, müzakirələrimiz olub, amma kiminsə üzərinə həddindən artıq getməyib. Kubokun finalında məğlub olanda da meydana düşüb futbolçuları təbrik etdi. O, daim komandanın yanındadır. Orxan müəllimdə böyük futbol təfəkkürü var. Onlara təşəkkür edirəm, biz əlimizdən gələni etdik, sadəcə bəzi məqamlar çatmadı ki, istədiyimizə nail olaq.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

23:55

Konte “Napoli”dən ayrılacaq? - Klub prezidenti açıqladı

23:13

Millimiz Avropa üçüncüsü oldu

22:48

Karateçilərimizdən Avropa Çempionatında 9 medal

21:51

“Şamaxı”nın legioneri milliyə dəvət olunub

21:08

Güləşçilərimiz Avropa Çempionatını 6 medalla başa vurub

20:06

Bakıda cüdo üzrə Liqa yarışının III turu başa çatıb

19:05

“Qarabağ”dan növbəti transfer - RƏSMİ

18:55

Jorj Kaşkilya: “Gələcək haqda heç nə deyə bilmərəm”

18:33

Füzuli Məmmədov: “Rəhbərliklə görüşümüzdən çox şey asılıdır”

17:56

Premyer Liqa: Mövsümə yekun vuruldu - YENİLƏNİB

16:54

Millilərimizin hazırlıqları davam edir

16:34

Gənclər Liqasının qalibləri mükafatlandırıldı

15:45

“Araz-Naxçıvan”dan 30-cu ev qələbəsi

14:57

“İmişli” - “Karvan-Yevlax”: HEYƏTLƏR

14:27

Tarixdə 10-cu: 400-cü qol

14:13

Premyer Liqa: Pley-offun vaxtı və nominal ev sahibi müəyyənləşib

12:48

500-cü qol: 21 ildən sonra

12:24

“Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşib

11:53

Millimizin üzvü oynamadı, komandası aşağı liqaya düşdü

11:36

Super Liqa klubu iki futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

10:36

İngiltərə Premyer Liqasına yüksələn sonuncu komanda müəyyənləşib

09:24

Üç güləşçimiz Avropa Çempionatının finalında

00:56

Karateçimizdən Avropa Çempionatında qızıl medal

00:27

Almaniya Kubokunun qalibi bəlli oldu

23:56

“Şamaxı”da kütləvi ayrılıq - RƏSMİ

23:20

Güləşçimiz Avropa çempionu oldu

22:21

Andrey Demçenko: “Qalib gəlmək xoşdur”

22:06

Rəşad Sadıqov: “Ötən illə müqayisədə…”

21:45

U-21 millimizin heyəti açıqlanıb

20:57

"Neftçi" və “Araz-Naxçıvan” mövsümü qalib başa vurdu - YENİLƏNİB

20:43

“Siti”nin futbolçusu ən yaxşısı seçildi

20:26

Cüdo üzrə Liqa yarışının III turu start götürüb

19:38

AMF-in prezidenti millinin üzvləri ilə görüşüb

19:16

Bakıda atletika üzrə beynəlxalq yarışa start verilib

18:54

Azər Bağırov: “Məsələ tək büdcə deyil”

18:37

Vernidub: “Nə istəyirdiksə, ona nail olduq”

18:18

“Araz-Naxçıvan” - “Zirə”: HEYƏTLƏR

17:53

"Şamaxı" Ayxan Abbasovla vidalaşdığını açıqladı - RƏSMİ

17:39

"Qarabağ" üç futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

16:22

Mourinyonun təyinatı təxirə salındı

16:11

Çempionluq paradında tarixi izdiham gözlənilir - 1 milyon insan!

15:52

"Mançester Yunayted" Edersonu transfer etməyə yaxındır

15:30

“Qalatasaray”dan 30 milyonluq transfer planı

15:11

“Real Madrid”də vida günü: iki futbolçu son oyununa çıxır

14:47

“Kəpəz” – “Neftçi”: “11-lik”lər bilindi

14:23

Azərbaycan yığması İspaniyada təlim məşq toplanışında olub

14:02

Ayxan Abbasov millinin heyətini açıqladı

13:49

Boksçularımız Batumidə beynəlxalq turnirdə mübarizə aparacaqlar

13:29

Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar

13:11

UEFA Avropa Liqası: “Beşiktaş” “Qarabağ”ın potensial rəqibi oldu

12:44

İsmail Kartaldan “Fənərbağça” açıqlaması

12:33

Türkiyə Superkubokunda cütlüklər müəyyənləşdi

12:20

Beynəlxalq Güləş Günü münasibətilə Şamaxıda jurnalistlər üçün media-tur təşkil olunub

11:46

"Liverpul"un sabiq qapıçısı karyerasını başa vurur

11:25

Bu futbolçu yayda "Çelsi"yə keçəcək

11:05

"Mançester Siti"nin stadionunun şimal tribunası Qvardiolanın şərəfinə adlandırılacaq

10:48

Ülviyyə Samokovda tarix yazdı, Mədinə üçüncü oldu

10:26

Parakarateçilərimizdən uğurlu çıxış

10:14

A seriyasında mövsümün ən yaxşı məşqçisi odur

09:51

“Trabzonspor” 10-cu dəfə Türkiyə kubokunun qalibi oldu

09:20

Fransa kubokunun qalibi müəyyənləşdi

23:58

Saşa İliç: “Səviyyəli komanda yaratmaq istəyiriksə…”

23:43

Qurban Qurbanov: “Bizim işimiz hələ davam edir”

22:26

Sakarya Gənclər və İdman İdarəsinin nümayəndə heyəti “Kəpəz”in qonağı olub

21:58

Kikboksçularımızdan Dünya Kubokunda 32 medal

21:23

“Sabah” və “Qarabağ” mövsümü qalib başa vurdu - YENİLƏNİB

20:56

“Real” Alaba ilə bağlı qərarını verdi - RƏSMİ

20:32

DÇ-2026: İngiltərə millisinin heyəti açıqlanıb

20:20

Dambrauskas: “Bunlar bizə qarşı hörmətsizlikdir”

19:48

Kurban Berdıyev: “Bu mövsüm bizə göstərdi ki…”