
"Napoli" baş məşqçisi Antonio Kontenin gələcəyinə aydınlıq gəlib.
Sport1.az xəbər verir ki, italiyalı mütəxəssis mövsümün sonunda komandadan ayrılacaq.
Bu barədə klubun prezidenti Aurelio De Laurentiis yerli mətbuata açıqlamasında deyib.
O, 56 yaşlı mütəxəssisin gedişini təsdiqləyib.
Qeyd edək ki, Konte 2024-cü ilin yayında “Napoli”yə rəhbərlik etməyə başlamışdı. Onun rəhbərliyi altında komanda ilk mövsümdə İtaliya çempionu olub, ikinci mövsümdə isə ikinci yeri tutub.