son dəqiqə SON DƏQİQƏ
Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ●

Bakıda atletika üzrə beynəlxalq yarışa start verilib

Bölmə adı Digər
Yayımlandı 23-05-2026, 19:16

Bakıda atletika üzrə beynəlxalq yarışa start verilib.


Sport1.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı, Dünya Atletikasının dəstəyi ilə əməkdar məşqçi Əfqan Səfərovun 29-cu beynəlxalq memorialına start verilib. 


Açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov və Azərbaycan Atletika Federasiyasının beynəlxalq əlaqələr və inkişaf şöbəsinin müdiri Kənan Məhərrəmov Əfqan Səfərovun ölkəmizdə atletikanın inkişafı yolunda xidmətlərindən danışaraq memorialın nüfuzlu yarışlara seçim baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.


Dünya Atletikasının təqvim platformasına daxil olan yarışda Azərbaycan atletləri ilə yanaşı, Gürcüstan, Qırğızıstan və Tacikistandan ümumilikdə 80-ə yaxın idmançı mübarizə aparır.


Memorialın ilk günündə 100 metr məsafəyə qaçış üzrə kişilər və qadınlar arasında müvafiq olaraq Tembo Con və Lamiyə Vəliyeva, 400 metr məsafəyə qaçışda Qırğızıstan təmsilçisi Ruslan Litovski və İlahə Quliyeva, 1500 metr məsafəyə qaçışda isə Bəxtiyar Əsgərli turnirin qalibi olublar.


Üç təkanla tullanmada Rüstəm Məmmədov və Yekaterina Sarıyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.


Nüvə itələmə növündə isə İsmayıl Əliyev və Səkinə Hacızadə qalib adını qazanıblar.


Qeyd edək ki, memorial Avropa çempionatı, Balkan çempionatı və aşağı yaş qrupları üzrə nüfuzlu yarışlarda iştirak edəcək idmançıların müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR